Corc Floyd cinayətinə görə dünyanı bürüyən etiraz dalğaları

Amerika Birləşmiş Ştatlarında Corc Floyd (George Floyd) cinayətindən sonra başlayan nümayişlər dünyaya yayılıb

1430819
Corc Floyd cinayətinə görə dünyanı bürüyən etiraz dalğaları
tunus irkcilik karsiti gosteri.jpg

 

  Amerika Birləşmiş Ştatlarında Corc Floyd (George Floyd) cinayətindən sonra başlayan nümayişlər dünyaya yayılıb.

  İrqçi polis qurbanı olan Afrika mənşəli Corc Floyd Kanadada xatırlanıb. Paytaxt Ottavadakı nümayişlərə baş nazir Castin Trüdo (Justin Trudeau) da qatılıb. O, nümayişçilərin qarşısında Floyd xatirəsinə diz çöküb.

  Avstraliyada da minlərlə adam irqçiliyə qarşı "xeyr" deyib. Bir çox şəhərdə nümayişçilərlə polis qarşıdurması yaranıb.

  Etirazçılar "Bütün həyatlar əhəmiyyətlidir" ortaq şüarı ilə çıxış edirdi. Amma insanların məsafə qaydalarına uymaması diqqət çəkirdi.

  Nümayişlərin digər ünvanı Meksika idi. “Mexiko City”də üzləri bağlı etirazçılar ABŞ Səfirliyinə basqın etdilər, amma polis müdaxiləsiylə bölgədən uzaqlaşdırıldılar. Onlar mağaza və bank şöbələrinə də hücum edib xəsarət yetirdilər.

  Fransanın Strasburq (Strasbourg) şəhərində də Floyd üçün nümayiş təşkil edilib. Çox sayda nümayişçi irqçilik, şiddət və ayrı-seçkilik əleyhinə şüarlar atıb. Mitinqdə Fransada 2016-cı ildə polis əli ilə həyatını itirən Afrika mənşəli gənc Adama Traore üçün də ədalət istənilib.

  Corc Floydun polis zorakılığı nəticəsində həyatını itirməsi Tunisdə də etirazla qarşılanıb. Paytaxt Tunisdəki teatr binası qarşısında toplanan yüzlərlə nümayişçi "Nəfəs ala bilmirəm", "İrqçilik öldürər", "Şiddətə xeyr", "İrqçiliyə qarşı əl-ələ", "Varlığıma və müqavimətimə hörmət göstər" kimi yazılı plakatlar daşıyırdı.

  Xatırladaq ki, ABŞ-ın Minnesota əyalətində 25 mayda yaşanan hadisədə Afrika mənşəli Corc Floyd nəzarətə alınarkən "Nəfəs ala bilmirəm" deyə yalvarsa da, polisin dizini onun boğazından çəkməməsi nəticəsində həyatını itirdi. O gündən bütün ABŞ şəhərlərində irqçilik və polis zorakılığına qarşı etiraz nümayişləri davam edir.



Әlaqәli Xәbәrlәr