Mәsciddә terror aktı törәdilib, ölәnlәr var
Әfqanıstanın paytaxtı Kabildәki Vәzir Әkbәr Xan mәscidindә törәdilәn terror aktı nәticәsindә 2 nәfәr hәlak olub.
1428391
Әfqanıstanın paytaxtı Kabildәki Vәzir Әkbәr Xan mәscidindә törәdilәn terror aktı nәticәsindә 2 nәfәr hәlak olub.
Hücum zamanı ölkәnin әhәmiyyәtli din xadimlәrindәn olan Mәhәmmәd Ayaz Niyazinin öldüyü bildirilib.
Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Ayren mәscidә yerlәşdirilәn bombanın axşam namazı zamanı işә salındığını qeyd edib. Hücum nәticәsindә ağır xәsarәt alan 2 nәfәrin hәlak olduğunu, iki nәfәrin dә yaralandığını bildirәn Ayren mәscidin hәyәtinә yerlәşdirilәn ikinci bombanın da mәhv edildiyini söylәyib.
Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.