Liviya ordusu Hafterә ağır zәrbәlәr endirib

Bu barәdә Liviya ordusunun sözçüsü Mәhәmmәd Kununu mәlumat verib.

1428294
Liviya ordusu Hafterә ağır zәrbәlәr endirib

 

Liviya ordusunun sutka әrzindә paytaxt Tripolinin cәnubundakı  bölgәlәrdә hәyata keçirdiyi hava әmәliyyatı nәticәsindә Hafterә sadiq silahlılara mәxsus 7 avtomobil mәhv edilib vә  12 silahlı zәrәrsizlәşdirilib.

Bu barәdә Liviya ordusunun sözçüsü Mәhәmmәd Kununu mәlumat verib. O, Liviya ordusunun Tripolinin cәnbunda 5 hava әmәliyyatı keçirdiyini qeyd edib. Әmәliyyatlar nәticәsindә 7 hәrbi texnika vә Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn istehsal edilәn 1 zirәhli avtomobilin mәhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr