Koronavirusa yoluxanların sayı 6 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 350 mini, virusa yoluxanların sayı 6 milyonu vә epidemiyadan sağalanların sayı da 3 milyonu keçib.

1428300
Koronavirusa yoluxanların sayı 6 milyonu keçib

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 350 mini, virusa yoluxanların sayı 6 milyonu vә epidemiyadan sağalanların sayı da 3 milyonu keçib.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә  koronavirus qurbanlarının sayı 39 mini, infeksiyaya yoluxanların sayı da 277 mini keçib.

İtaliyada yeni növ koronavirus epidemiyası sәbәbindәn hәyatını itirәnlәrin sayı 33  minә, virusa yoluxanların sayı da 188  min 829-a çatıb.

Fransada koronavirus qurbanlarının sayı 28 mini keçib. Ölkәdә virusa tutulanların ümumi sayı 233  min 515-ә  çatıb.

İspaniyada koronavirusa yoluxanların sayı  gün әrzindә 137 artaraq 239  min 932-ә yüksәlib. Ölkәdә son 48 saat әrzindә koronavirusdan ölüm faktı qeydә alınmayıb.

Portuqaliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 12 artaraq 1432-yә yüksәlib. Ölkәdә infeksiyaya tutulanların ümumi sayı isә 32 min 895-ә çatıb.

Braziliyada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 1262 artaraq 31 min 309-a, infeksiyaya yoluxanların sayı isә 555 min 383-ә yüksәlib.

Meksikada gün әrzindә koronavirusdan 470 nәfәr hәyatını itirib. Belәliklә ölkәlәdә vәfat edәnlәrin sayı 10 mini, infeksiyaya yoluxanların sayı da 97 mini keçib.

Hollandiyada koronavirusdan 5 min 967 nәfәr hәyatını itirib.

Digәr Avropa ölkәlәrindә isә vәziyyәt belәdir:

Belçikada koronavirusdan hәyatını itirәnlәrin sayı 9 mini, Almaniyada 8 mini, Kanadada 7 mini, Peruda 4 mini vә çilidә 1100-ü keçib.



Әlaqәli Xәbәrlәr