Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 377 min 800-dən yuxarıdır.

1427592
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 377min 800-dən yuxarıdır. Yoluxma sayı 6 milyon 388 mini, sağalanların sayı isə 2 milyon 922 mini keçib.
Avropada pandemiyanın mərkəzinə çevrilən İngiltərədə son 24 saatda "Covid-19" virusandan ölənlərin sayı 111 artaraq 39 min 45-ə yüksəlib. Eyni dövrdə 570 yeni yoluxma aşkarlanıb, bununla da virus yoluxanların sayı 276 min 332--yə çıxıb.
Yeni növ koronavirusdan İtaliyada ölənlərin sayı son 24 saatda 60 artaraq 33 min 475-ə yüksəlib. "Covid-19" virusunun yoluxduğu insan sayı 233 min 197 olduqda, aktiv koronavirus hadisələrinin sayı 708 azalaraq 70 min 367-ə enib. İtaliya sabah Avropa İttifaqı (Aİ) ölkələrinə sərhədlərini açmağa hazırlaşır.
Fransada son 24 saatda epidemiya səbəbiylə 31 nəfər xəstəxanalarda ölüb. Beləliklə, ümumi insan itkisi 28 min 833-ə yüksəlib. Virus aşkarlananların sayı 338 artaraq 226 min 831 nəfər olub. Fransadakı "Covid-19" tədbirlərinin yumşaldılmasının ikinci mərhələsi çərçivəsində bu gün ölkənin hər yerində kafe, bar, restoranlar yenidən açılır, ancaq paytaxt Paris də daxil olmaqla, İle-de-Frans bölgəsindəki kafe və restoranların açıq ərazilərində istifadəsinə icazə veriləcəkdir. Paris xaricindəki şəhərlərdə hovuzlar, idman və teatr salonları yenidən açılsa da, kinoteatrlar 22 iyundan fəaliyyətə başlayacaq.
İspaniya Səhiyyə Nazirliyi son 24 saat ərzində yeni növ koronavirus xəstəliyindən ölənlər olmadığını və yeni xəstələrin sayının 71 olduğunu bildirib. Ölənlərin sayını həftəlik elan edən nazirlik son bir həftə ərzində 35 nəfərin epidemiyadan öldüyünü açıqlayıb. Ölkədə epidemiyanın pik həddə çatdığı aprelin 2-də bir gündə 950 nəfərin öldüyü və yeni yoluxma sayının 8 mindən çox olduğu açıqlanmışdı.

Kanadada "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı son 48 saatda 244 artaraq 7 min 380, yoluxmaların sayı 2 275 artaraq 92 min 465-ə çıxıb.
Braziliyada "Covid-19" virusundan insan itkisi son 24 saatda 623 nəfər artaraq 30 min 46, yoluxmaların sayı 12 min 247 artaraq 529 min 405-ə yüksəlib.
10 min 167 insanın həyatını itirdiyi Meksikada "Covid-19" epidemiyası aşkarlanan fakt sayı 2 min 771 artımla 93 min 435 olub. Prezident Andres Manuel Lopez Obrador "Covid-19" pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlərin tədricənləğ olunduğu ölkədə iki ayda ilk dəfə bir qurudan səyahət edərək "yeni normala" qayıtma prosesinə start verib. Obrador "Covid-19" infeksiyasına yoluxmada artım olacağı təqdirdə məhdudiyyətlərin yenidən sərtləşdiriləcəyi barədə də xəbərdarlıq edib.
Digər bəzi ölkələrdə insan itkisi belədir:
"Belçikada 9 min 486, Almaniyada 8 min 618, Peruda 4 min 634, Çilidə 113 min".



Әlaqәli Xәbәrlәr