ABŞ prezidenti ölkədə yüksələn təzyiqi azaltmaq yerinə təhdidecici sözlər işlədir (video)

Amerikada zənciləri tez-tez hədəfə alan və çox zaman ölümlə nəticələnən polis şiddətinə qarşı etiraz nümayişləri 20 ştata yayılıb

1426644
ABŞ prezidenti ölkədə yüksələn təzyiqi azaltmaq yerinə təhdidecici sözlər işlədir (video)
abd floyd gosteriler2.jpg
abd floyd gosteriler1.jpg
abd floyd gosteriler.jpg

 

  Amerika Birləşmiş Ştatları mayın 26-da Minnesota əyalətində polis zoraklığı nəticəsində həyatını itirən Corc Floyd (George Floyd) üçün ayağa qalxıb. Hadisəni törədən polis həbs olunsa da, xalqın reaksiyası səngimir.

  Amerikada zənciləri tez-tez hədəfə alan və çox zaman ölümlə nəticələnən polis şiddətinə qarşı etiraz nümayişləri 20 ştata yayılıb.

  ABŞ prezidenti Donald Tramp isə "hadisələrin yatırılması üçün ordunun hazır olduğu"nu söyləyərək belə hədələyib: “Küçələrə tökülən nümayişçilər Floydun xatirəsinə hörmətsizlik edir. Bunlar mütəşəkkil radikal sol qruplardır. Floydun xatirəsi naminə şiddət sona çatmalıdır. Bu Antifa qrupu, bu radikal solçular pis adamlardır, onlara bu şəkildə hərəkət edə bilməyəcəklərini göstərmək lazımdır”.

  Tramp “belə davam edərsə, nümayişçilərin itlərlə qarşılanacaqlarını” da söyləyib. Buna baxmayaraq mayın 30-da axşam etirazçılar Ağ Evin qarşısına toplanıblar. Polisin sərt müdaxiləsi hesabına yüzlərlə adamın qatıldığı nümayiş qarşıdurmaya çevrilib.

  ABŞ prezidenti ölkə daxilində yüksələn təzyiqi azaltmaq yerinə deyib: "Liberal qubernatorlar və bələdiyyə sədrləri sərt tədbirlər görməlidir, yoxsa federal hökumət işin içinə girər və nə lazımsa, edər, buna ordumuzun gücü və adamları nəzarətə götürmək də daxildir".

  Xatırladaq ki, 46 yaşlı Corc Floyd 26 mayda fırıldaqçılıq şübhəsiylə Minneapolisdə nəzarətə alınarkən polislərdən biri uzun müddət onun boynuna basdığı və "Nəfəs ala bilmirəm" yalvarışlarına əhəmiyyət vermədiyi üçün zəncinin vəziyyəti pisləşib, aparıldığı xəstəxanada həyatını itirib.

  Ətrafdakıların cib telefonlarına qeyd etdiyi görüntülər sosial mediada böyük əks-səda yaradıb, ölkədə zəncilərə qarşı polis şiddəti mübahisələri təkrar alovlanıb və Minneapolis başda olmaqla, bir çox şəhərdə etirazlar dalğası genişlənib.   

  Adının açıqlanmasını istəməyən bir qadın “Əsrlərdir var olan hirs və ağrıya şahid olmaq üçün buradayıq'', başqa biri isə ''Bu hirsin altında haqlı səbəblər yatır" deyiblər.



Әlaqәli Xәbәrlәr