Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 300 mini, virusa yoluxanların sayı 6 milyonu vә epidemiyadan sağalanların sayı da 2 milyonu keçib.

1425981

Cәnubi Koreyada koronavirusdan ölәnlәrin sayı 269-a, infeksiyaya yoluxanların sayı 11 min 344-ә, virusdan sağalanların sayı da 10 min 340-a çatıb. Ölkәdә açılan mәktәblәr yenidәn bağlanıb. Sәhiyyә naziri Park Neunq-hoo Seul vә әtrafındakı bölgәlәrdәki parkların, muzeylәrin vә teatrların yenidәn bağlanacağını deyib.

Filippin dövlәt başçısı Rodriqo Duterte paytaxt Manilada iki aydır hәyata keçirilәn karantin rejiminin iyunun 1-dәn etibarәn yumuşaldılacağını söylәyib.

Pakistanda koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 57 artaraq 317-ә, infeksiyaya yoluxanların sayı da 2 min 636 artaraq 64 min 28-ә çatıb.

Әlaqәli Xәbәrlәr