Liviya ordusu Birlәşmiş Әrәb Әmirliklәrinә mәxsus zirәhli avtomobili mәhv edib

Bu barәdә Liviya ordususnun apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1424193
Liviya ordusu Birlәşmiş Әrәb Әmirliklәrinә mәxsus zirәhli avtomobili mәhv edib

 

Liviya ordusu Tripolinin cәnubunda Birlәşmiş Әrәb Әmirliklәrinә mәxsus bir zirәhli avtomobili mәhv edib vә ölkәnin şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә mәxsus bәzi hәrbi avtomobillәri әlә keçirib.

Bu barәdә Liviya ordususnun apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib. Mәlumatda Birlәşmiş Әrәb Әmirliklәrinin  Tripolinin cәnubundakı Әl-Hallatat bölgәsindәki zirәhli avtomobilinin mәhv edildiyi bildirilib.

Liviyanın әl-Ahrar televiziya kanalının yaydığı mәlumatda isә orduya sadiq olan әsgәrlәrin Hafterә mәxsus 2 tank vә silahları әlә keçirdiyi vurğulanıb.

Qeyd edәk ki, ordu qüvvәlәrinin dünәn Tripolinin cәnubundakı Kazırma bölgәsindә hәyata keçirdiyi әmәliyyat nәticәsindә Hafterә mәxsus 3 hәrbi texnika mәhv edilmişdi.

Digәr tәrәfdәn Liviya ordusunun sözçüsü Mәhәmmәd Kununu dünәn verdiyi açıqlamada ordu qüvvәlәrinin Tripolinin cәnubundakı bölgәlәrdә keçirdiyi әmәliyyatlar zamanı Hafterә sadiq 15 silahlını vә bir hәrbi avtomobili әlә keçirdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr