Qәrb ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 318 mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 860 mini, sağalanların sayı da 1 milyon 800 mini ötüb.

1419633
Qәrb ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt

 

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 318  mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 860  mini, sağalanların sayı da 1 milyon 800  mini ötüb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 90 mini keçib.

Koronavirusun Avropadakı mәrkәzi olan İngiltәrәdә isә epidemiya sәbәbindәn 34 min 796 nәfәr vәfat edib. Ölkәdә virusa yoluxanların ümumi sayı 246  min 406-ya  yüksәlib.

İtaliyada epidemiya qurbanlarının sayı gün әrzindә 99  nәfәr artaraq 32 min 7-ә, infeksiyaya yoluxanların sayı da 66  min 553-ә enib.

Fransada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 131  artaraq 28 min 239-a, infeksiyaya yoluxanların sayı da 216 min 526-ya yüksәlib.

İspaniyada koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 59 artaraq 27 min 709-a çatıb.

Belçikada koronavirusdan hәyatını itirәnlәrin sayı 9  mini, virusa yoluxanların sayı da 55 mini keçib.

Kanadada koronavirus qurbanlarının sayı 5 min 943-ә çatıb.

Danimarkada kilsә vә ibadәt mәkanlarında camaatla ibadәt etmәyә icazә verilib.

Braziliyada koronavirusdan vәfat edәnlәrin sayı 674 artaraq 16 min 792-yә çatıb.

Ekvadorda koronavirusdan gün әrzindә 63 nәfәrin hәyatını itirmәsi ilә vәfat edәnlәrin sayı 2 min 799-a, infeksiyaya yoluxanların sayı da 33 min 582-yә yüksәlib.

Ekvador'da Kovid-19'dan son 24 saatte 63 kişinin daha hayatını kaybetmesiyle ölü sayısı 2 bin 799'a, vaka sayısı ise 400 artarak, 33 bin 582'ye yükseldi.



Әlaqәli Xәbәrlәr