Liviya ordusu Vatiyә hәrbi hava bazasına hava hücumu tәşkil edib

Liviya Hәrbi Hava Qüvvәlәri ölkәnin şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәrin işğal etdiyi Vatiyyә hәrbi hava bazasına gün әrzindә 5 hava hücumu tәşkil edib.

1419209

Hәrbi hava bazasına tәşkil edilәn hücumlar nәticәsindә Hafterә mәxsus avtomobillәr vә silah-sursat mәhv edilib, hәmçinin 7 silahlı zәrәsizlәşdirilib.

Beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәtinә tabe olan ordu mart ayının 25-dә ‘‘Sülh fırtınası’’ әmәliyyatına start vermişdi. Aprelin 13-dә әmәliyyat nәticәsindә  Tripolinin qәrbindәki 7 bölgә vә bir şәhәr ordunun nәzarәtinә keçmişdi. Әmәliyyat nәticәsindә hәmçinin 3 min kvadrat kilometrlik әrazi terrorçulardan tәmizlәnmişdi.

Qeyd edәk ki, 7 ilә 10 min әsgәrlik tutuma malik Vatiyyә hәrbi hava bazası strateji әhәmiyyәtә malikdir.

Әlaqәli Xәbәrlәr