Şәrq ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt

İraq Kürd Regional Rәhbәrliyin Sәhiyyә Nazirliyi gün әrzindә yeni növ koronavirusa yoluxanın olmadığını açıqlayıb.

1418673
Şәrq ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt

 

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 311 mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 736 mini, sağalanların sayı da 1 milyon 818 mini ötüb.

Çindә gün әrzindә koronavirusa beş yoluxma  faktı qeydә alınıb. Ölkәdә epidemiya sәbәbindәn indiyәdәk 4 mindәn çox adam hәyatını itirib, 82 mindәn çox adam infeksiyaya yoluxub, 78 mindәn çox adam da sağalıb.

Cәnubi Koreyada sutka әrzindә koronavirusa 13 nәfәr yoluxub.Ölkәdә epidemiya sәbәbindәn indiyәdәk 262 nәfәr hәyatını itirib, daha  11050 adam da virusa yoluxub.

Rusiyada koronavirusdan gün әrzindә hәyatını itirәnlvrin sayı 94 artaraq 2631-ә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların sayı 291 mini, sağalanların sayı da 67 mini keçib.

İraqda epidemiya qurbanlarının sayı 121 nәfәrә çatıb. İraq Kürd Regional Rәhbәrliyin Sәhiyyә Nazirliyi gün әrzindә yeni növ koronavirusa yoluxanın olmadığını açıqlayıb. Bölgәdә virus sәbәbindәn indiyәdәk beş nәfәr hәyatını itirib.

İranda yeni növ koronavirusdan vәfat edәnlәrin sayı 6 min 988-ә yüksәlib.Ölkәdә virusa yoluxanların sayı 120 mini keçib.

Liviyada yeni növ koronavirusdan vәfat edәnlәrin sayı 3-ә, infeksiyaya yoluxanların sayı da 65-ә yüksәlib. Liviya Milli  Xәstәliklәrlә Mübarizә İdarәsi yeni növ koronavirus epidemiyasının yayılma sürәtini müәyyәnlәşdirmәk üçün tәdqiqat aparılacağını deyib.

Әlcәzairdә koronavirus qurbanlarının sayı 542-yә, infeksiyaya yoluxanların sayı da 6 min 821-ә yüksәlib.

Sәudiyyә Әrәbistanında yeni növ koronavirusdan ölәnlәrin sayı 302-yә, Küveytdә 107-yә, Qәtәrdә 15-ә, Omanda 21-ә, İordaniyada 9-a, Misirdә 612-ә, Mәrakeşdә 192-ә vә Birlәşmiş Ərәb Əmirliklәrindә 214-ә yüksәlib.

Bәhreyndә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 10-na, infeksiyaya yoluxanların sayı da 6 min 654-ә yüksәlib. Bu barәdә ölkәnin Sәhiyyә Nazirliyi mәlumat yayıb.

Yәmәn hökumәtinin nәzarәtindәki bölgәlәrdә epidemiya qurbanlarının sayı 15-ә, infeksiyaya yoluxanların sayı da 106-ya çatıb. Ölkәnin dırnaqarası Husi rәhbәrliyinin sәhiyyә naziri Taha әl-Mutevekkil isә ölkәdә infeksiyaya yoluxanların sayının dördә yüksәldiyini deyib.

Hindistanın nәzarәtindәki Cammu Kәşmirdә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 12-yә, infeksiyaya yoluxanların sayı da 1121-ә yüksәlib.

Nepalda yeni növ koronavirus epidemiyasından ilk ölüm faktı qeydә alınıb. Paytaxt Katmandudakı xәstәxanaların birindә müalicә olunan 29 yaşlı qadının epidemiya  nәticәsindә hәyatını itirdiyi bildirilib. Ölkәdә infeksiyaya yoluxanların sayı 281-ә yüksәlib.

Afrika qitәsindә koronavirusdan sutka әrzindә hәyatıni itirәnlәrin sayı 2 min 648-ә, infeksiyaya yoluxanların ümumi sayı da 78 mini keçib. İndiyәdәk 30 minәdәk adam koronavirusdan sağalıb.

Bәzi Asiya ölkәlәrindә isә vәziyyәt belәdir:

Ukraynada koronavirusdan hәyatını itirәnlәrin sayı 514-ә, Moldovada 209-a, Ermәnistanda 60-a, Qazaxıstanda 34-ә, Gürcüstanda 12-ә vә Özbәkistanda 11-ә öatıb.

 

 



Әlaqәli Xәbәrlәr