Mәscidin qarşısında terror aktı, ölәnlәr var

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin mәtbuat katibi Tarık Ayren mәlumat verib.

1418662
Mәscidin qarşısında terror aktı, ölәnlәr var

 

Әfqanıstanın cәnubundakı Qәndәhar vilayәtindәki mәscidin qarşısında terror aktı törәdilib, nәticәdә iki dinc sakin hәlak olub.

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin mәtbuat katibi Tarık Ayren mәlumat verib. O, hücumun Ainu Minә bölgәsindәki Әziz mәscidinin qarşısında törәdildiyini deyib.

Hücum zamanı üç dinc sakinin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığını ifadә edәn Ayren Taliban qruplaşmasının hücüma görә mәsuliyyәt daşıdığını deyib.

Taliban hücumla bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr