Liviya ordusu Hafterә mәxsus PUA-nı mәhv edib

Bu barәdә Liviya ordusundan verilәn mәlumatda bildirilib.

1418728
Liviya ordusu Hafterә mәxsus PUA-nı mәhv edib

 

Liviya ordusu Hafter silahlılarına mәxsus bir havadan müdafiә sistemi vә bir silahlı pilotsuz uçan aparatı (PUA) mәhv edib.

Bu barәdә Liviya ordusundan verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, Hafterә sadiq qüvvәlәrin nәzarәtindәki hәrbi hava bazasındakı iki silah anbarı da Liviya ordusuna tabe olan Hәrbi Hava Qüvvәlәri tәrәfindәn  hәdәf alınıb.

Liviya hökumәtinә sadiq olan qüvvәlәr martın 25-dә ‘‘Sülh fırtınası’’ әmәliyyatına start vermişdi. Aprelin 13-dә әmәliyyat nәticәsindә  Tripolinin qәrbindәki 7 bölgә vә bir şәhәr ordunun nәzarәtinә keçmişdi. Әmәliyyat nәticәsindә hәmçinin 3 min kvadrat kilometrlik әrazi terrorçulardan tәmizlәnmişdi.

Digәr tәrәfdәn Hafterә sadiq qüvvәlәr Tripolidәki yaşayış mәntәqәlәrinә ağır zәrbәlәr endirib. Hücum nәticәsindә biri uşaq olmaqla yeddi nәfәr hәlak olub.



Әlaqәli Xәbәrlәr