Koronavirus epidemiyası 300 min insanın hәyatına son qoyub

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 300 minә, yoluxanların sayı 4 milyon 401 minә, sağalanların sayı isә 1 milyon 668 minә çatıb.

1416862
Koronavirus epidemiyası 300 min insanın hәyatına son qoyub

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 300 minә, yoluxanların sayı 4 milyon 407 minә, sağalanların sayı isә 1 milyon 668 minә çatıb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında infeksiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 85 mini, yoluxanların sayı isә 1 milyon 400 mini keçib.Paytaxt Vaşinqtonda epidemiyadan vәfat edәnlәrin sayı 350-ә, yoluxanların sayı isә 6 min 584-ә yüksәlib.

İtaliyada koronavirusdan hәyatını itirәnlәrin sayı gün әrzindә 195 artaraq 31 min 106-a, infeksiyaya yoluxanların sayı da 2 min 809 artaraq 78 min 457-ә enib.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 83 artaraq 27 min 74-ә yüksәlib. Ölkәdә epidemiyaya yoluxanların sayı da 507 nәfәr artaraq 214 min 169-a çatıb.

Virus sәbәbindәn 8 mindәn çox adamın öldüyü Belçikada epidemiya ilә bağlı görülәn tәdbirlәr mәrhәlәli şәkildә yumuşaldılır. Ölkәdә mәktәblәrin mayın 18-dәn etibarәn açılacağı bildirilir.

Braziliyada koronavirus epidemiyasından hәyatını itirәnlvrin sayı gün әrzindә 749 artaraq 13 min 149-a çatıb.

İngiltәrәdә koronavirusdan hәyatını itirәnlvrin sayı 33 min 186-ya,İspaniyada 27 min 104-ә, Almaniyada 7 min 861-ә, Hollandiyada 5 min 562-ә, Kanadada 5 min 302-ә, Meksikada 4 min 220-ә, İsveçdә 3 min 460-a, Ekvadorda 2 min 334-ә, Peruda 2 min 169-a, İsveçrәdә 1870-ә, İrlandiyada 1497-ә, Portqaliyada 1175-ә, Çilidә 346-ya, Sinqapurda-21-ә çatıb.

 



Әlaqәli Xәbәrlәr