Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı xәbәrdarlıq edib

Birlәşmiş Millәtlәr Tәşkilatının Dünya Әrzaq Proqramı yeni növ koronavirus epidemiyası sәbәbindәn Yәmәndә әrzaq qiymәtlәrinin bahalaşdığını açıqlayıb.

1416233
Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı xәbәrdarlıq edib

 

Birlәşmiş Millәtlәr Tәşkilatının Dünya Әrzaq Proqramı yeni növ koronavirus epidemiyası sәbәbindәn Yәmәndә әrzaq qiymәtlәrinin bahalaşdığını açıqlayıb.

Bu barәdә BMT Dünya Әrzaq Proqramının Yәmәndәki qәrargahının rәsmi ‘‘Twitter’’ sәhifәsindә bildirilib. Mәlumatda bölgәyә humanitar yardımın çatdırılmasının әhәmiyyәti vurğulanıb.

Yәmәn Sәhiyyә Nazirliyi hökumәtin nәzarәtindәki bölgәlәrdә yeni növ koronavirus epidemiyası sәbәbindә 10 nәfәrin öldüyünü, daha 65 nәfәrin dә virusa yoluxduğunu açıqlayıb.

Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn  İran tәrәfindәn dәstәklәnәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri dә Husilәrlә mübarizә çәrçivәsindә 2015-ci ilin mart ayından etibarәn Yәmәn hökumәtinә dәstәk verir.

Yәmәndә beş ildәn çoxdur davam edәn qarşıdurmalar nәticәsindә minlәrlә adam hәyatını itirib. Dünyanın әn kasıb ölkәlәrindәn biri olan Yәmәndә yaşanan vәtәndaş müharibәsi ciddi humanitar böhrana sәbәb olub.

Birlәşmiş Millәtlәr Tәşkilatının mәlumatına görә, ölkәdә 22 milyondan çox adam humanitar yardıma möhtacdır.



Әlaqәli Xәbәrlәr