Mayk Pens özünü karantinə alıb

ABŞ-ın vitse-prezidenti Mayk Pensin sözçüsü Katie Millerdə "Covid-19" virusunun aşkarlanmasından sonra özünü karantinə aldığı bildirilib.

1414580
Mayk Pens özünü karantinə alıb

ABŞ-ın vitse-prezidenti Mayk Pensin sözçüsü Katie Millerdə "Covid-19" virusunun aşkarlanmasından sonra özünü karantinə aldığı bildirilib.
"Bloomberg"in Ağ Evdəki qaynaqlara əsaslandırdığı  məlumata görə, sözçü Millerdə mayın 8-də virus aşkarlanmasından sonra Pens də ehtiyat tədbirləri üçün özünü karantinə alıb.
Koronavirus testi "mənfi" çıxan Pensin ethiyat üçün evdən  işləyəcəyi qeyd edilib.
Pensin karantin qərarı ilə bağlı hələ Ağ Evdən və ya ofisdən rəsmi açıqlama verilməyib.
Prezident Donald Trumpın köməkçilərindən birində mayın 7-də "Covid-19" virusu aşkarlanmasından sonra ilə görüşdükdən sonra, mayın 8-də isə vitse-prezident Mayk Pensin sözçüsü Millerə "Covid-19" diaqnozu qoyulub.
Həmin gün Trumpın Ağ Ev üzrə müşaviri olan qızı İvanka Trump asistentində və 11 kəşfiyyat işçisində də virus aşkarlanıb.



Әlaqәli Xәbәrlәr