Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada epidemiyadan ölәnlәrin sayı 270 mini, yoluxanların sayı 3 milyon 917 mini, sağalanların sayı isә bir milyon 334 mini keçib

1413095
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada epidemiyadan ölәnlәrin sayı 270 mini, yoluxanların sayı 3 milyon 917 mini, sağalanların sayı isә bir milyon 334 mini keçib.

Son 24 saat ərzində Çində 1, Sinqapurda 768 yeni növ koronavirusa yoluxma faktı aşkarlanıb.
"Covid-19" infeksiyasından bu günə qədər Çində 4 min 633 adam ölüb, yoluxmaların sayı 82 min 886 olub.
Pandemiya zamanı 20 nəfərin öldüyü Sinqapurda yoluxma halı 21 min 707-ə çatıb.

İranda "Covid-19" virusundan ölәnlәrin sayı son 24 saat әrzindә 55 artaraq 6 min 54-ә yüksәlib.
Belarusda infeksiyadan həyatını itirənlərin sayı 4 min 116 artıb. Daha 913 nəfərdə "Covid-19" aşkarlanması ilə yoluxanların sayı isə 20 min 168-ə yüksəlib.
145 nəfərin həyatını itirdiyi Moldovada daha 129 nəfərdə virus aşkarlanıb və yoluxanların sayı 4 min 605-ə çıxıb.
Qazaxıstan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, yeni növ koronavirusa yoluxma faktlarının sayı 21 artaraq 4 min 530-a, sağalanların sayı isə 68 artaraq 1518-ə yüksəlib.
İndiyə qədər 10 nəfərin öldüyü Özbəkistanda Səhiyyə Nazirliyi daha 3 nəfərdə "Covid-19" virusunun aşkarlanması ilə yoluxanların sayının 2. min 269-a çıxdığını açıqlayıb.
Tacikistanda virus səbəbindən ölənlərin sayı 4 nəfərdən 12 nəfərə, yoluxma halların sayı 82 artaraq 461-ə çıxıb. Ölkədə 4 min 205 nəfərə karantin tətbiq edilib..
9 nəfərin öldüyü, 618 yoluxmanın qeydə alındığı Gürcüstanda baş nazir Giorgi Qaxaria mayın 11-dən etibarən ayaqqabı və geyim mağazaları istisna olmaqla bütün mağazaların fəaliyyət göstərməsinə icazə veriləcəyini açıqlayıb. 
 106 ölüm və 3 min 563 yoluxma faktının olduğu Əfqanıstanda səhiyyə naziri Ferozuddin Feroza edilən testin nəticəsinin müsbət olduğu bildirilib. Bir neçə gündür karantində olan Ferozun vəziyyətinin yaxşı olduğu qeyd edilib.

20-si Qəzzada olmaqla 374 "Covid-19" yoluxma hadisəsinin qeydə alındığı Fələstində Daxili İşlər Nazirliyi, Rifah sərhəd-keçid məntəqəsinin Misirdəki fələstinlilərin geri qayıtması üçün gələcək həftə açılacağını elan edib.
Misirdə epidemiya səbəbiylə 469 ölüm və 7 min 588 yoluxma qeydə alınıb. Ölkədə 24 martda elan edilən və yerli vaxtla 21: 00-dan 06: 00-a qədər olan və qismən tətbiq olunan komandat saatı daha 15 gün uzadılıb.
Afrika qitəsində "Covid-19" virusu aşkarlanan insan sayı 51 min 698-ə yüksəldikdə, ən çox xəstə sayının olduğu ölkələr Cənubi Afrika, Misir, Mərakeş, Əlcəzair, Nigeriya, Qana, Kamerun və Qvineya olub. 
Ümumdünya Səhiyyə Təşkiyatının Afrika Bölgə Ofisindən verilən açıqlamada "Nəzarət altına alınması üçün görülən tədbirlərdə uğurlu olunmayacağı təqdirdə bir ildə 29-44 milyon insan "Covid-19" virusuna yoluxa və ildə 83-190 min nəfər ölə bilər" ifadəsi işlədilib.

3 nəfərin öldüyü və yoluxanların sayının 64 olduğu Liviyada Milli Həmrəylik Hökuməti "Covid-19" pandemiyası tədbirləri çərçivəsində bu gündən etibarən nəzarət etdikləri ərazilərdə qismən tətbiq edilən komendant saatının müddətini uzatmaq qərarına gəlib. Komendant saatı yerli vaxtla 18: 00-dan 06: 00-dək qüvvədə olacaq. 

Bəzi ərəb ölkələrində həlak olanların və yoluxma hallarının sayı belədir:
Səudiyyə Ərəbistanı 219/33 min 731, Birləşmiş Ərəb Əmirlikləri 165/16 min 240, Küveyt 44/6 min 567, Qətər 12/18 min 890, Bəhreyn 8/4 min 111, Oman 13/2 min 958, Mərakeş 183/5 min 505, Livan 25/784, Əlcəzair 483/5 min 182.
Cənubi Koreyada 5 gündən sonra gün ərzində ilk dəfə "Covid-19" virusuna yoluxanların sayı 10-nu keçib. 



Әlaqәli Xәbәrlәr