"Macarıstan Macarıstan olaraq qalmaq istəyir", V.Orban

Macarıstandakı dövlət radiosu “Kossuth”a müsahibəsində V.Orban deyib...

1413549
"Macarıstan Macarıstan olaraq qalmaq istəyir", V.Orban

 

  Macarıstanın baş naziri Viktor Orban Avropadakı bəzi qüvvələrin millət dövlətləri əvəzinə Avropa Birləşmiş Dövlətləri qurmaq istədiklərini, lakin Macarıstanın bunun bir hissəsi olmaq istəmədiyini söylədi.

  Macarıstandakı dövlət radiosu “Kossuth”a müsahibəsində V.Orban deyib: “Avropadakı bəzi qüvvələr millət dövlətləri əvəzinə Avropa ölkələrini əhatə edən bir imperiya qurmaq istəyir. Biz bunu qəbul etmir və bu fikrə tənqidlə yanaşırıq. Macarıstan heç bir şəkildə yeni imperiyanın bir hissəsi olmayacaq. Biz Macarıstan Macarıstan olaraq qalmaq istəyirik. İmperatorluq tərəfdarları hər fürsətdə Macarıstan hökumətini zəiflətməyə çalışır. İmmiqrasiya siyasəti və fövqəladə qanunları bunu göstərir."



Әlaqәli Xәbәrlәr