Hindistanda yük qatarı miqrantları vurub

Hindistanın qərb sahilindəki Maharaştra ştatında yük qatarının dəmir yolunda yatan miqrantları vurması nəticəsində 16 nəfər həlak olub.

1413309
Hindistanda yük qatarı miqrantları vurub

Hindistanın qərb sahilindəki Maharaştra ştatında yük qatarının dəmiryolunda yatan miqrantları vurması nəticəsində 16 nəfər həlak olub.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, səlahiyyətlilər yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün ümummilli olaraq elan edilən komendant saatı səbəbiylə evlərinə piyada getmək məcburiyyətində qalan 20 miqrantın Evrengabad şəhərindəki dəmir yolunda bir müddət dincəlmək üçün yatdıqlarını bildiriblər.
Səlahiyyətlilər bu zaman gələn yük qatarının yollarda yatmış miqrant işçiləri görməsinə baxmayaraq dayanmadığını və qəzadan sonra 16 nəfərin öldüyünü söyləyiblər. 
Polis miqrant işçilərin komendant saatı səbəbiylə qatar xidmətləri olmayacağını əsas gətirərək relslərdə yatmağı üstün tutduğunu düşünür.
Hadisə ilə əlaqədar istintaq başladılıb.
Martın 25-dən etibarən ölkədə tətbiq olunan komendant saatı səbəbilə ictimai nəqliyyatın olmaması miqrant işçiləri yollara tökülməyə vadar etmişdi.
Hökümət tərəfindən miqrant işçilərin evlərinə qayıtmalarına imkan yaratmaq üçün təşkil etdiyi qatar və ya avtobus xidmətlərinin sayı kifayətli deyildi.



Әlaqәli Xәbәrlәr