Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən ölənlərin sayı Əlcəzairdə 470, Misirdə 452, Mərakeşdə 180, Sudanda 45, Somalidə 38, Malidə...

1411890
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası nәticәsindә bu günәdәk hәyatını itirәnlәrin sayı 259 min 300-ü, infeksiyaya yoluxanların sayı isә 3 milyon 752 min 680-i, sağalanların sayı da 1 milyon 256 min 200-ü keçib.
Epidemiya səbəbindən ölənlərin sayı Əlcəzairdə 470, Misirdə 452, Mərakeşdə 180, Sudanda 45, Somalidə 38, Malidə 32, Omanda 13, Seneqalda 11 və Efiopiyada isə  4-ə yüksəlib.

Həyatını itirənlərin sayının 25, yoluxma hallarının sayının 750 olduğu Livanda epidemiya səbəbiylə məscidlərdə və kilsələrdə fasilə verilən cümə namazları ilə bazar ayinlərinə icazə veriləcəyi açıqlanıb.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) verdiyi məlumata görə, "Covid-19" pandemiyası Afrika qitəsində 49 min 352 adamda aşkar edilərkən, min 959 nəfər həlak olub. İndiyədək 16 min 315 nəfər isə sağalıb. Ən çox yoluxma sayının olduğu ölkələr Cənubi Afrika, Misir, Mərakeş, Əlcəzair, Nigeriya, Qana və Kamerun olub. 

"Covid-19" virusundan həlak olanların sayının min 537-yə çıxdığı Rusiyada, yoluxma hallarının sayı isə 165 min 929-a çıxıb. Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovada koronavirus aşkarlandığı bildirilib. 
Bəzi ölkələrdə can itkisi belədir:
İran 6 min 418, Çin 4 633, Hindistan 1695, Rusiya 1537, İndoneziya 872, Filippin 658, Yaponiya 569, Pakistan 526, Ukrayna 327, Cənubi Koreya 255, İsrail 238, Səudiyyə Ərəbistanı 200, Banqladeş 183, Birləşmiş Ərəb Əmirlikləri 146, Belarus 107, Sinqapur 18, Qətər 12, Moldova 136, Ermənistan 40, Qazaxıstan 29, Sinqapur 18, Özbəkistan 10, Gürcüstan 9, Tacikistan 5



Әlaqәli Xәbәrlәr