Liviya ordusu Xәlifә Hafterә ağır zәrbәlәr endirib

Liviya ordusu ölkәnin şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq silahlıların nәzarәtindәki Vatiyyә Hәrbi Hava Bazasını geri almaq üçün әmәliyyat keçirir.

1410965

Mәlumata görә, Liviya ordusu hәrbi bazanın әtrafındakı yolu açıb. Bazanın yaxınlığında qarşıdurmalar yaşanır. Ordunun hәyata keçirdiyi hava әmәliyyatları nәticәsindә bazadakı çox sayda silahlının qaçdığı  bildirilib.

Paytaxt Tripolidәn  140 kilometr mәsafәdә yerlәşәn Vatiyyә Hәrbi Hava Bazası Hafterә sadiq silahlılar tәrәfindәn paytaxta edilәn hava hücumları zamanı istifadә edilmişdi.

Liviya ordusu bazanı yenidәn nәzarәtinә keçirmәk üçün martın 25-dә әmәliyyata start vermişdi. Liviya hökumәtinә sadiq qüvvәlәr aprelin 13-dә bazanın әtrafındakı әrazilәri silahlılardan tәmizlәmişdi.

Әlaqәli Xәbәrlәr