Liviya ordusu Xәlifә Hafterә ağır zәrbәlәr endirib

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn açıqlamada bildirilib.

1410282
Liviya ordusu Xәlifә Hafterә ağır zәrbәlәr endirib

 

Liviya ordusu paytaxt Tripolinin cәnub vә cәnub-qәrbindә Hafterә sadiq qüvvәlәrә qarşı әmәliyyat keçirib.

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn açıqlamada bildirilib. Mәlumata görә, Liviya ordusu paytaxtın cәnubundakı Tripoli Beynәlxalq Hava Limanının yaxınlığında Hafter silahlıları vә muzdlu әsgәrlәrin aralarında olduğu bir hәrbi avtomobilә ağır zәrbә endirәrәk mәhv edib.

Paytaxtın cәnub-qәrbindә isә Liviya Hәrbi Hava Qüvvәlәri gecә radәlәrindә әmәliyyat keçirib.

Әmәliyyat zamanı Hafterә sadiq qüvvәlәrә mәxsus avtomobil hәdәf alınıb.

Liviya ordusunun rәsmi mәtbuat katibi Mәhәmmәd Kununu Liviya Hәrbi Hava Qüvvәlәrinin Vatiyyә Hәrbi Hava Bazasındakı Hafter silahlılarına qarşı 3 hava әmәliyyatı keçirdiyini açıqlayıb.

Әmәliyyatın gecә radәlәrindә hәyata keçirildiyini ifadә edәn Kununu ölәn vә yaralanan Hafter silahlıların vәziyyәti ilә bağlı әtraflı mәlumat vermәyib.

Digәr tәrәfdәn Liviya ordusu Tarhune şәhәrindә Xәlifә Hafterin 7 neft tankerini vurub.

 



Әlaqәli Xәbәrlәr