"Covid-19"dan dünya üzrə can itkisi

Yeni növ koronavirusdan (Covid-19) dünya üzrə can itkisi 248 min 600-ü, yoluxma halları 3 milyon 584 min 100-ü keçərkən, sağalanların sayı isə bir milyon 161 min olub.

1410039
"Covid-19"dan dünya üzrə can itkisi

Yeni növ koronavirusdan (Covid-19) dünya üzrə can itkisi 248 min 600-ü, yoluxma halları 3 milyon 584 min 100-ü keçərkən, sağalanların sayı isə bir milyon 161 min olub.

ABŞ prezidenti Donald Tramp ölkədə "Covid-19" epidemiyası səbəbindən can itkisinin 80 ilə 90 minə çata biləcəyini söyləyib. Virusla əlaqədar peyvənd fəaliyyətlərinə toxunan Tramp lazımi peyvənd üzərində ciddi işlərin görüldüyünü və 2020-ci ilin sonunadək hazır olacağını bildirib.
Digər tərəfdən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Çin rəhbərliyinin Uhanda baş qaldıran "Covid-19" epidemiyasını və yoluxma dərəcəsini tibbi ehtiyat təmini üçün biliərəkdən gizəltdiyini irəli sürüb.
İtaliyada epidemiya səbəbiylə həyatını itirənlərin sayı bir gündə 174 artaraq 28 min 884-ə çıxıb. Ölkədə aktiv koronavirus faktlarının sayı 100 min 179-a qədər azalsa da, bu günə qədər (Covid-19) yoluxmaların ümumi sayı 210 min 717 olub. 3 mayda sağalanların sayı 7 min artaraq 81 min 654-ə yüksəlib.Ölkədə virusla bağlı görülən tədbirlər mərhələli şəkildə yumuşaldılır.İtaliyada bu çərçivədə 4 milyondan çox adam işe çıxdı.

İspaniyada "Covid-19"dan ölənlərin sayı  son 24 saat ərzində164 artaraq 25 min 428-ə yüksəlib.
Fransada epidemiya səbəbiylə bir gündə can itkisi 135 artaraq 24 min 895-ə çatıb. Ölkədə 3 min 819 nəfər reanimasiyada olmaqla 25 min 815 nəfər müalicə alır.
İngiltərədə "Covid-19" səbəbiylə ölənlərin sayı son 24 saatda 315 artaraq 28 min 446-a çatıb.

Virus səbəbindən ölənlərin sayının 7 min 924, yoluxanların sayının 50 min 267-yə yüksəldiyi Belçikada pandemiya çərçivəsində həyata keçirilən "qismən təcridetmə" bu gündən etibarən yumşaldılıb. Sosial məsafə qaydalarına riayət olunmaq şərti ilə, velosiped sürmək və ya üç nəfərə qədər qruplarla gəzmək şərti ilə bəzi iş yerlərinin açılmasına icazə verilib.

Kanadada "Covid-19" epidemiyasından ölənlərin sayı  312 artaraq 3 min 774-ə çatıb. Yoluxanların sayı 4 min 644 artaraq 59 min 474 olub. Ontario, Kvebek, Alberta, Manitoba və Saskaçevan əyalətlərində epidemiya tədbirləri səbəbiylə bağlanan bəzi iş yerlərinin aprelin 4-dən etibarən yenidən açılmasına icazə verilib.
Braziliyada epidemiya səbəbiylə ölənlərin sayı 7 min 25-ə, yoluxmaların sayı isə 101 min 147-ə yüksəlib.
20 nəfərin öldüyü Yeni Zelandiyada "Covid-19" səbəbiylə 1487 yoluxma faktı qeydə alınıb. 1276 nəfər sağalıb. "Covid-19" yoluxması mart ayının ortalarından bəri son 24 saatda ilk dəfə aşkarlanmayıb.

İslandiyada "Covid-19" pandemiyasında 10 nəfər ölüb,  1799 yoluxma aşkarlandı. Liseylər, universitetlər, bərbərxanalar, diş həkimləri və digər iş yerləri 6 həftəlik fasilədən sonra yenidən açılır.

Almaniyada "Covid-19" pandemiyası ilə mübarizə çərçivəsində 23 martda bağlanmış bərbərxanalar yenidən açılıb.
Balkan ölkələri tədricən "Covid-19" tədbirlərini ləğv edirlər.
Albaniyada bəzi mağazalar yenidən açılıb.
Şimali Makedoniyada komendant saatının müddəti məhdudlaşdırılıb. Artıq komendant saatı bazar ertəsi-cümə axşamı saat 19: 00-dan 05: 00-dək və cümə-bazar ertəsi saat 14: 00-dan 05: 00-dək həyata keçiriləcək.
Albaniyada tekstil, ayaqqabı və telefon mağazaları yenidən açılıb, taksilərin işləməsinə icazə verilib.
Kosovada, inşaat, əmlak, nəqliyyat vasitələri ticarəti, bəzi pərakəndə mağazalar, şəxsi əşyalar və mebel təmirçiləri və müşavirlik ofisləri yenidən fəaliyyətə başlayıb.
Sloveniyada məscidlər  ibadət üçün yenidən açılıb. 
Xorvatiyada özəl sağlamlıq mərkəzləri, bərbərxanalar və gözəllik salonları yenidən açılıb.
Bəzi pərakəndə mağazalarının və bərbərxanaların Bosniya və Herseqovina Federasiyasında yenidən fəaliyyətlərinə start verilib.
Serbiya miqyasında kafe və restoranlar sosial məsafə və gigiyena qaydalarına diqqət yetirmək şərtilə yenidən açılıb.



Әlaqәli Xәbәrlәr