"Bu virusun Uhan laboratoriyasından yayılmasını göstərən dəlilər var", M. Pompeo

ABŞ-ın dövlət katibi Maykl Pompeo yeni növ koronavirusun dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan yayılmağa başladığını bildirib.

1410035
"Bu virusun Uhan laboratoriyasından yayılmasını göstərən dəlilər var", M. Pompeo

ABŞ-ın dövlət katibi Maykl Pompeo yeni növ koronavirusun dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan yayılmağa başladığını bildirib. 

Onun sözlərinə görə, Vaşinqtonda buna dair sübutlar var.

"Bu virusun Uhan laboratoriyasından yayılmasını göstərən dəlilər var. Biz əvvəldən bunu iddia edirdik, indi bütün dünya buna əmin ola bilər"-deyə Pompeo deyib.

Bununla belə, dövlət katibi virusun məqsədli şəkildə və ya fövqəladə hadisə səbəbindən  yayılması barədə suala cavabdan yayınıb.

Pompeo "Biz bu suallara cavab vermək üçün bütün zəruri səylərə təşəbbüs edirik. Biz və Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislər qrupunu ora Uhana və Çinin başqa laboratoriyalarına göndərməyə çalışırıq, amma Kommunist Partiyası əvvəlki kimi Çinə girişə mane olur" deyib.
"Çin standartlara uyğun laboratoriyalarla dünyaya yoluxmuş bir tarixə sahibdir. Çin laboratoriyasındakı uğursuzluqlar nəticəsində ilk dəfə viruslara məruz qalmırıq. Kəşfiyyat orqanları bu istiqamətdə işləməyə davam etməlidir, ancaq sizə bunun (Covid-19) Uhandakı laboratoriyadan çıxdığına dair  çox sayda dəlil olduğunu  söylə bilərəm"- deyə Pompeo vurğulayıb.



Әlaqәli Xәbәrlәr