Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhəddə tərəflər bir-birlərinə atəş açdılar

Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə

1409610
Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhəddə tərəflər bir-birlərinə atəş açdılar

 

  Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, yerli vaxtla səhər 07:41-də Şimali Koreya tərəfindən Cənubi Koreya sərhədindəki hərbi stansiyaya bir neçə dəfə atəş açılıb. Cənubi Koreya əsgərləri də digər tərəfə iki dəfə cavab atəşi göndəriblər. Hadisədə ölən və yaralanan olmayıb.

  Hərbi səlahiyyətlilər Şimali Koreyanın Cənubi Koreyaya hansı səbəbdən atəş açdığını bilmədiklərini və hadisənin səbəblərinin araşdırıldığını söyləyiblər.



Әlaqәli Xәbәrlәr