Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarının Massaçusets ştatındakı qocalar evindәki 70 nәfәrin koronavirusdan hәyatını itirmәsindәn sonra lazımi tibbi tәdbirlәrin görülmәdiyi şübhәsi ilә araşdırma aparılır.

1408026
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 220 min 800-ü, yoluxanların sayı isə 3 milyon 238 min 110-ü keçib. Müalicә olunan xәstәlәrin sayı isә bir milyon 10 min 300-ə-çatıb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarının Massaçusets ştatındakı qocalar evindәki 70 nәfәrin koronavirusdan hәyatını itirmәsindәn sonra lazımi tibbi tәdbirlәrin görülmәdiyi şübhәsi ilә araşdırma aparılır.ABŞ prezidenti Donald Tramp epidemiya sәbәbindәn tәxirә saldığı sәyahәtlәrini qarşıdakı hәftәdәn etibarәn yenidәn hәyata keçirәcәyini açıqlayıb.

İtaliyada koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 323 nәfәr artaraq 27 min 682-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 548 artaraq 104 min 657-ә çatıb. Sәhiyyә naziri Pierpaolo Sileri qocalar evindә yaşanan ölüm halları ilә bağlı aparılan istintaq çәrçivәsindә hәr  dörd qocalar evindәn birindә ciddi qeyri-qanuni addımların atıldığının aşkar edildiyini deyib. Baş nazir Cüzeppe Konte pandemiyanın hələ bitməriyini, sürətli şəkildə normal həyata qayıda bilməyəcəklərini söyləyib. Epidemiya səbəbiylə ölkə iqtisadiyyatında ilin ilk rübündə 4,7 faiz daralma olub və 1995-ci ildən bəri ən kəskin kiçilmə qeydə alınıb.

Fransada koronavirus sәbәbindәn vәfat edәnlәrin sayı gün әrzindә 427 artaraq 24 min 87-ә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların sayı isә 626 artaraq 198 min 215-ә çatıb.

İspaniyada koronavirus qurbanlarının sayı 268 artaraq 24 min 543-ә, yoluxanların sayı isә 213 mini keçib.

İngiltәrәdә xәstәxanalar vә qocalar evlәrindә koronavirusdan hәyatını itirәnlәrin ümumi sayı 26 min 97-dir. Ölkәdә virusa yoluxanların sayı da 4 min 76 artaraq 165 min 221-ә çatıb.

Almaniyada koronavirusdan 6 min 467 xәstә ölüb. Ölkәdә virusdan vәfat edәn türklәrin sayı 130-a çatıb.

Hollandiyada son 24 saat ərzində yeni növ koronavirus (Covid-19) epidemiyasından həyatını itirənlərin sayı 84 nəfər artaraq 4 min 795-ə çatıb. Yoluxmaların sayı 514 nəfər artaraq 39 min 316 olub.

Kanadada yeni növ koronavirus qurbanlarının sayı 3 min 54-ә, infeksiyaya yoluxanların sayı da 51 min 231-ә yüksәlib.

Belçikada koronavirusdan ölәnlәrin sayı 7 mini, yoluxanların sayı isә 48 mini keçib.



Әlaqәli Xәbәrlәr