Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirus səbəbindən indiyədək həyatını itirənlərin sayı 219 min, yoluxanların sayı isə 3 milyon 162 min 500 olub. Müalicә olunan xәstәlәrin sayı isә 975 mini keçib.

1407238
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirus səbəbindən indiyədək həyatını itirənlərin sayı 219 min, yoluxanların sayı isə 3 milyon 162 min  500 olub. Müalicә olunan xәstәlәrin sayı isә 975  mini keçib.
Epidemiyanın mərkəzinə çevrilən ABŞ-da virusa yoluxanların sayı bir milyon həddini keçib. Ölkədə 566-sı meksikalı mühacir də daxil olmaqla 59 min 200 insan həlak olub. 1 milyon 3328 insan isə virusa yoluxub.ABŞ-da koronavirus sәbәbindәn hәyatını itirәnlәrin sayı Vyetnam müharibәsi zamanı hәlak olanlardan çoxdur.
İtaliyada "Covid-19"dan ölənlərin sayı son 24 saatda 382 artaraq 27 min 359-a çatıb. Virusun yoluxduğu insan sayı 608 azalaraq 105 min 205-ə  qədər azalarkən, sağalanların sayı 2 min 317 artaraq 68 min 941-ə yüksəlib.
Fransada "Covid-19"dan həyatını itirənlərin sayı son 24 saatda 367 artaraq 23 min 660-a, virus aşkarlanan insan sayı 520 nəfər artaraq 197 min 589-a çatdı. Ölkədə epidemiyaya qarşı görülən tədbirlər tədricən ləğv ediləcək. Uşaq bağçası, ibtidai və orta məktəblərin tədricən və istəkdən asılı olaraq mayın 11-də açılacağını deyən baş nazir Eduard Philipp bu tarixdən sonra mümkün qədər çox insanın evdən işləməyə davam etməsini söyləyərək, kafe və restoran xaricində ticarət və mağazaların da açılacağını açıqlayıb.

İspaniyada koronavirus qurbanlarının sayı 24 mini, virusa yoluxanların sayı isə 212 min 917-a çıxıb.
İngiltərədə "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 586 artaraq 21 min 678-ə, yoluxanların sayı 3 min 996 artaraq 161 min 145-ə çatıb.
Hökümət tərəfindən açıqlanan gündəlik məlumatlar yalnız xəstəxanadakı ölümləri əhatə edir. Son 37 ildə qocalar evlərində ən çox ölüm hadisəsinin qeydə alındığı ölkədə onların çoxunun koronavirusdan öldüyünə dair şübhələr var.

7 min 501 xəstənin dünyasını dəyişdiyi Belçikada virusa yoluxanların sayı 47 min 859-a yüksəlib. Ölüm hallarının 46 faizi xəstəxanalarda, 53 faizi qocalar evlərində qeydə alınıb.

Braziliyada koronavirus qurbanlarının sayı 5 mini keçib.Ölkədə virusa yoluxanların sayı 71 mini ötüb.

Ekvadorda koronavirusdan həyatını itirənlərin sayı 871 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı 18 mini keçib.



Әlaqәli Xәbәrlәr