Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 207 min 200-ü, yoluxanların sayı isə 3 milyon 7 mini keçib. Müalicә olunan xәstәlәrin sayı 883 min 306-ya çatıb.

1405766
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 207 min 200-ü, yoluxanların sayı isə 3 milyon 7 mini keçib. Müalicә olunan xәstәlәrin sayı 883 min 306-ya çatıb.

Yeni növ koronavirusun baş qaldırdığı Çində virus səbəbiylə 4  min 633 nəfər ölüb, yoluxanların sayı 82 min 830 olub, 77 min 474 xəstə isə sağalıb. Ölkədə "Covid-19" epidemiyasından sonra "bio-terror, bioloji silah təhdidləri" nin qarşısının alınması da daxil olmaqla, biotəhlükəsizlik haqqında qanun layihəsinin müzakirə olunduğu bildirilib.
385 nəfərin öldüyü 14 min 153 yoluxmanın olduğu Yaponiyada "Covid-19" pandemiyası tədbirləri çərçivəsində Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla 14-dən çox ölkəyə giriş məhdudiyyətlərinin qoyulacağı açıqlanıb.
Bu günə qədər Cənubi Koreyada epidemiya səbəbindən ölənlərin sayı 243 nəfər və ümumi yoluxma sayı artması 10 min 738-ə çatıb.

Hindistanda koronavirus epidemiyasından həyatını itirənlvrin sayı 800-ü, infeksiyaya yoluxanların sayı isə 27 mini keçib.

İranda koronavirus nəticəsində ölənlərin ümumi sayı 5 min 806, yoluxanların sayı 90 min 481-ə yüksəlib. Vurisa yoluxub müalicə olunan Məclis sədri Əli Laricaninin sağaldığı açıqlanıb.

Rusiyada gün ərzində daha 6198 nəfər koronavirusa yoluxub.

Rusiya ərazisində koronavirusa yoluxanların ümumi sayı 87 147 nəfərə çatıb.

Gün ərzində 47 nəfərin öldüyü bildirilir.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 794-ə çatıb. Sağalanların sayı 7346 nəfərdir.

Bəzi ölkələrdə can itkisi və yoluxanların sayı belədir:
Hindistan 884/27 min 977, Səudiyyə Ərəbistanı 139/17 min 522, İsrail 201/15 min 443, Pakistan 281/13 min 328, Birləşmiş Ərəb Əmirlikləri 76/10 min 349 və Qətər 10/10 min 287”.

Afrika qitəsində ümumi olaraq virusdan ölənlərin sayı min 423-ə, virusun yoluxduğu insan sayı isə 31 min 933-ə çıxıb. Sağalan xəstə sayı isə 9 min 566 olub.



Әlaqәli Xәbәrlәr