Türkiyə hökuməti Trampın şərhini rədd etdi

Türkiyə Xarici İşlər Nazirliyi D.Trampın şərhinə bu sözlərlə münasibət bildirib

1404869
Türkiyə hökuməti Trampın şərhini rədd etdi

 

  Türkiyə hökuməti Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın 1915 hadisələrilə bağlı şərhini rədd edir. Ölkənin Xarici İşlər Nazirliyi D.Trampın şərhinə bu sözlərlə münasibət bildirib: “İç siyasi mülahizələrlə edilən bu şərhin bizim üçün heç bir etibarlılığı yoxdur. Şərhdə bəhs edilən iddiaları qəbul etmirik. Eyni dövrdə erməni üsyançıları tərəfindən qətl edilən 500 mindən çox müsəlmanın ağrıları israrla görməməzlikdən gəlinir. Haqq və ədalətdən məhrum bu anlayış artıq dəyişməlidir.

  Türkiyənin 1915 hadisələrilə bağlı Ortaq Tarix Komissiyası qurulması təklifi hələ də qüvvədədir. Komissiya qurularsa, gerçəklərin gün üzünə çıxacağına inanırıq. Bu təklifi gündəmdən salmağa cürət edənlər 1915 hadisələrindəki məsuliyyətlərini unutdurmaq istəyən radikal ermənilərdir. ABŞ hökuməti artıq həqiqəti görməli və münasibətini dəyişməlidir.  

  Sonda biz Osmanlı imperatorluğunun tənəzzülü zamanı müsəlman, xristian, yəhudi olmaqla həyatını itirən bütün Osmanlı vətəndaşlarını rəhmətlə yad edirik.”

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ermənilərin 1915 hadisələrinin ildönümü olaraq qəbul etdiyi “24 Aprel”lə bağlı ermənicə "Böyük fəlakət" mənasını verən "Meds Yeghern" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr