Koronavirusla bağlı Qərbin vəziyyəti

Virusa yoluxanların sayı isə 2 milyon 500 mini keçib.

1402942
Koronavirusla bağlı Qərbin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirәnlәrin sayı 178 mini, yoluxanların sayı isə 2 milyon 576 mini keçib. Müalicә olunan xәstәlәrin sayı isә 704 mini keçib.
Epidemiyanın mərkəzinә çevrilәn olan ABŞ-da "Covid-19" epidemiyası nəticəsində ölənlərin sayı 44 mini,  virusun yoluxduğu insan sayı isә 800 mini keçib. Ölkədəki tibb bacıları epidemiya səbəbiylə baş verən şəxsi qoruyucu vasitələrin olmamasına Ağ Evin qarşısında etiraz ediblər.
 Digər tərəfdən, epidemiya ilə mübarizə aparan tibb işçilərini təmsil edən Nyu-York Ştatı Tibb bacıları Birliyi isə, üzvlərinin virusdan qorunmadığını iddia edərək ştat rəhbərliyini və iki xəstəxana barədə məhkəməyə müraciət edib.
Bu arada, ABŞ Senatı "Covid-19" epidemiyası ilə mübarizə çərçivəsində kiçik müəssisələri və sağlamlıq mərkəzlərini dəstəkləmək üçün təqdim olunan 484 milyard dollarlıq əlavə büdcə layihəsini qəbul edib.

Prezident Donald Tramp Harvard Universitetindən koronavirus epidemiyası yardımı çərçivəsində aldığı təqribən 9 milyon dolları geri qaytarmasını istəyib. 
Tramp "Universitet pulu geri qaytarmalıdır. Pul dünyanın ən varlı təhsil müəssisələrindən biri üçün deyil, işçilər üçün idi" deyib.
Missuri ştatı koronavirus epidemiyası ilə əlaqədar olaraq dünyaya yalan danışmaqda günahlandırdığı Çin hökumətini məhkəməyə verib.
İtaliyada koronavirusdan ölənlərin sayı son 24 saatda 534 artaraq 24 min 648-ә, yoluxanların sayı isə 183 min 957-ә yüksәlib. Ölkәdә sağalanların sayı 2 min 723  rekord sәviyyәdә artaraq 51 min 600-ә çıxıb.

İspanyada virusdan həlak olanların sayı gün ərzində 435 artaraq 21 min 717-yə çıxıb. 
Fransada "Covid-19" virusundan xəstəxanalarda 12 min 900, qocalar evlərində 7 min 896 olmaqla ölәnlәrin sayı 20 min 796-ya, virus aşkarlananların sayı 2 min 667 artaraq 181 min 441-ә yüksәlib.
İngiltərədə  koronavirus səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 823 artaraq 17 min 337-yə, virusa yoluxanların sayı 4 min 301 artaraq 129 min 44-ә çıxıb. Aprelin 20-si ilә müqayisədə son mәlumatların həftə әrzindәki qeydlәrdә yer almasından qaynaqlandığı düşünülür. Səhiyyə naziri Matt Hankok potensial "Covid-19" peyvəndinin cümə axşamı (23 aprel) insanlar üzərində sınaqdan keçiriləcəyini bildirib.
Kanadada yeni növ koronavirus səbəbiylə ölənlərin sayı 8 min 84-ə yüksəlib. Ölümlәrin min 41-nin qeydə alındığı Kvebek əyalətində tibb işçilərinin ehtiyacları da ödənilә bilmir. Əyalət hökumətinin son qərarı ilə xəstəxanalardakı təcili olmayan əməliyyatlar təxirə salınıb, bu cür tədbirlərə məruz qalan həkimlər, tibb bacıları və baxıcılar mərkəzlərə, xüsusilə qocalar evlərinə cəlb olunur.

Epidemiya səbəbindən 189 nəfərin öldüyü və yoluxmaların sayının 3 min 977-yə çatdığı Kolumbiyada karantin müddəti ölkə daxilində 11 may tarixinə qədər uzadılib.

Braziliyada "Covid-19" səbəbiylə 2 min 741 insan ölüb, virusa yoluxanların sayı 2 min 498 artaraq 43 min 79-a çatıb.
Avstraliyada daha iki nəfərin ölümü ilə yeni növ koronavirusdan ölənlərin sayı 74-ə yüksəlib.
14 nəfərin dünyasını dəyişdiyi Yeni Zelandiyada "Covid-19"a tutulanların sayı 1451-ə çıxıb, onlardan 1036-ı sağalıb.



Әlaqәli Xәbәrlәr