Tedros Adhanom Qebriyesus: ''Gəlin bu faciənin qarşısını birlikdә alaq''

Ümumdünya Sәhiyyә Tәşkilatının (ÜST) rәhbәri Tedros Adhanom Qebriyesus növbәti dәfә yeni növ koronavirus epidemiyası ilә bağlı xәbәrdarlıq edib.

1402294
Tedros Adhanom Qebriyesus: ''Gəlin bu faciənin qarşısını  birlikdә alaq''

Ümumdünya Sәhiyyә Tәşkilatının (ÜST)  rәhbәri Tedros Adhanom Qebriyesus növbәti dәfә yeni növ koronavirus epidemiyası ilә bağlı xәbәrdarlıq edib.

Qebriyesus  Ümumdünya Sәhiyyә Tәşkilatının Cenevredәki qәrargahında videokonfrans vasitәsilә mәtbuat konfransı tәşkil edib. O, epidemiyanın aradan qaldırılması üçün dünyanın milli və qlobal miqyasda birlikdə hərəkət etmәsinin vacibliyini  vurğulayıb.
Epidemiyaya qarşı "qlobal həmrəylik" və "milli birlik" çağırışını təkrarlayan Qebreyesus  bunun olmaması halında  dünyada ‘‘Covid-19’’ sәbәbindәn  daha çox insanın ölә bilәcәyi ilә әlaqәdar  xəbərdarlıq edib.
Qebriyesus deyib: " Gəlin bu faciənin qarşısını  birlikdә alaq. Bu elə bir virusdur ki, daha çox sayda  insan bunu başa düşməyib’’.
ÜST üzvlərini "koronavirusa qarşı dürüst və səmimi milli birlik" sərgiləməyə çağıran Qebriyesus  qlobal həmrəyliyin yalnız bu şəkildə müvəffəq olacağını vurğulayıb.
"Bu virusu bir-birinizlə mübarizə və ya siyasi xal qazanmaq üçün bir fürsət olaraq istifadə etməyin. Bu təhlükəli vəziyyətdir. Atəşlə oynamaq kimidir. Xahiş edirəm birlikdə hərəkət edin’’,-deyә Ümumdünya Sәhiyyә Tәşkilatının   rәhbәri deyib.



Әlaqәli Xәbәrlәr