Qaçqınlar İtaliyadakı karantin gəmisinə aparılıb

İspaniyanın qeyri-hökumət təşkilatı (QHT) "SMHumanitario"ya məxsus Aita Mari gəmisinin Aralıq dənizində xilas etdiyi qaçqınlar İtaliyadakı karantin gəmisi Rubattinoya nəql edilib.

1401601

Yeni növ koronavirusun (Covid-19) yayılması səbəbi ilə İtaliya limanlarının bağlanmasına baxmayaraq, Aralıq dənizinin mərkəzi hissəsində nizamsız miqrasiya fəallığı davam edir.
İspan QHT "SMHumanitario" tərəfindən xilas edilən 34 qaçqın  İtaliya Sahil Mühafizə xidməti tərəfindən keçirilən əməliyyatla Sicilya adasının Palermo limanı sahillərində karantin gəmisi olaraq istifadə edilən Rubattino bərəsinə nəql edilib.
Rubattinoya aprelin 17-də də alman QHT Sea-Eye məxsus Alan Kurdi gəmisi tərəfindən xilas etdiyi 146 qaçqın nəql edilmişdi. "Covid-19" epidemiyası səbəbindən qaçqınlar bu gəmidə karantinə alınmışdı.

Әlaqәli Xәbәrlәr