Xәlifә Hafterә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etdi

Bu barәdә beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәtinin keçirdiyi ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1400924
Xәlifә Hafterә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etdi

 

Liviyanın şәrqindәki qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq silahlıların Tripolinin şәrqinә tәşkil etdiyi hücum nәticәsinda 10 mülki vәtәndaş xәsarәt alıb.

Bu barәdә beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәtinin keçirdiyi ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumatda Xәlifә Hafterә sadiq silahlıların Arrade bölgәsinә tәşkil etdiyi hücumda 4-ü uşaq olmaqla 10 nәfәrin xәsarәt aldığı bildirilib.

Qeyd edәk ki, hökumәtә sadiq qüvvәlәr dünәn Tripolinin cәnub-şәrqindәki Terhune bölgәsini nәzarәtinә keçirmәk üçün Hafterә qarşı әmәliyyat keçirmişdi vә 102 silahlını girov götürmüşdü.

Әmәliyyat zamanı Hafterә mәxsus çox sayda texnika mәhv edilmişdi vә silahlılara aid silahlar әlә keçirilmişdi.



Әlaqәli Xәbәrlәr