Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir.

1398978
Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  136 min 36, yoluxanların sayı isə 2 milyon 100 mini keçib. Mәlumatda bildirilib ki, müalicә olunana xәstәlәrin sayı 520 min 873-ә çatıb. 

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında yeni növ koronavirusdan ölәnlәrin sayı 30 min 990-a çıxıb. Ölkәdә infeksiyaya yoluxanların sayı isә yarım milyonu keçib. Mәlumatda qeyd olunub ki,  epidemiya sәbәbindәn Nyu Yorkda 11 min 586 adam vәfat edib, infeksiyaya yoluxanların sayı isә 200 mini keçib.

Prezident Donald Tramp "koronavirus infeksiyana yoluxmanın pik nöqtəsi artıq geridə qalıb" deyib. 

Ölkədə epidemiyadan qorunmaq üçün görülən sosial məsafə tədbirlərinin peyvənd qısa müddətdə tapılmayacağı təqdirdə 2022-ci ilə qədər davam edə biləcəyi ifadə edilir.

İspaniyada koronavirus qurbanlarının sayı 551 nəfər artaraq 19 min 130-a, infeksiyaya yoluxanların sayı isə 180 mini keçib.

İtaliyada koronavirusa yoluxanların sayı 100 mini ötərək 165 minә  yüksəlib. Son 24 saat ərzində 578 ölüm halı qeydə alınıb. Ölənlərin sayı 21 min 645-ә çatıb.

Fransada  koronavirusdan ölənlərin sayı 17 min 167-ә yüksəlib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindәn verilәn mәlumatda qeyd olunub. Ölkədə virusa yoluxanların sayı 147 min 863 olub.

İngiltәrәdә yeni növ koronavirusdan ölәnlәrin sayı 13 min 729-a çatıb. Ölkәdәki qocalar evindә koronavirusdan  4 minә yaxın insanın hәyatını itirdiyi irәli sürülüb.

Almaniyada koronavirusdan hәyatını itirәnlәrin sayı 3 min 804-ә yüksәlib. Bunlardan 67-i Türkiyә vәtәndaşıdır. Mәlumata görә, ölkәdә aprelin 20-dә mağazalar, mayın 4-dәn etibarәn isә mәktәblәrin açılacağı bildirilir.

Hollandiyada epidemiyadan ölənlərin sayı 3 min 315-ә, yoluxanların sayı artaraq 29 min 214-ә  çatıb. Vәfat edәnlәr arasında 54 Türkiyә vәtәndaşı da var.

Braziliyada yeni növ koronavirus epidemiyasından hәyatını itirәnlәrin sayı son 24 saatda 204 nәfәrә çatıb. Ölkәdә infeksiyaya yoluxanların sayı isә 3 min 58 artaraq 25 min 262-ә yüksәlib.

Avstriyada həlak olanların sayı 410-a, virusa yoluxanların sayı isə 14 min 420 olaraq açıqlanıb.
 "Covid-19" səbəbiylə uçuşları dayandıran Avstriya Hava Yolları (AUA) bu qərarı daha iki həftə uzadıb və uçuşların 17 may tarixinə qədər mümkün olmayacağını bildirib.
Vəfat edənlərin sayının 292-yə, virusun yoluxduğu insan sayının isə 7 min 771-ə yüksəldiyi Polşada epidemiyaya qarşı mübarizə çərçivəsində ictimai yerlərdə maskalar taxmaq məcburi hala gətirilib.
Çex Cümhuriyyətində 166 xəstə dünyasını dəyişib, 6 min 303 nəfərdə "Covid-19" aşkarlanıb. Türkiyənin Praqa səfiri Egemen Bağış tələbə mübadiləsi proqramı ilə Çexiyaya gələn və epidemiyadan əziyyət çəkən yaxud da çətin vəziyyətdə qalan onlarla Türk tələbənin bir aylıq ehtiyaclarını təmin etdiklərini bildirib.
"Covid-19" haqqında məlumatların tərtib olunduğu "Worldometer" saytına görə, bəzi digər Avropa ölkələrində qeydə alınan yoluxma hallarının və ölənlərin sayı belədir:"İsveçrə 26 min 422/1269, Portuqaliya 18 min 841/629, Rumıniya 7 min 707/392, Norveç 6 min 798/150, Danimarka 6 min 879/321, Finlandiya 3 min 369/72, Yunanıstan 2 min 192/102, Xorvatiya 1791/35, Macarıstan 1652/142, Sloveniya 1268/61, Bosniya və Herseqovina 1167/43, Şimali Makedoniya 974/45, Bolqarıstan 783/37, Albaniya 518/26, Monteneqro 290/4". 



Әlaqәli Xәbәrlәr