"Türkiyə "Covid-19" ilə qlobal mübarizədə kilid aktyor olaraq önə çıxır", S. Toperik

Sahsa Toperik Türkiyənin, yeni növ koronavirus (Covid-19) epidemiyasıyla qlobal mübarizədə kilid rolunun olduğunu yazıb.

1398241
"Türkiyə "Covid-19" ilə qlobal mübarizədə kilid aktyor olaraq önə çıxır", S. Toperik

Mərkəzi qərargahı ABŞ-da yerləşən Transatlantik Liderlik Şəbəkəsinin sədr müavini Sahsa Toperik Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyasıyla qlobal mübarizədə kilid rolunun olduğunu yazıb.
 Toperik bunu "The Hill" xəbər  saytında yayımlanan "Türkiyə "Covid-19" ilə qlobal mübarizədə kilid aktyor olaraq önə çıxır" başlıqlı məqaləsində bildirib.
O, Türkiyənin keçən ay ilk yoluxma faktının aşkarlanmasından bir gün sonra məktəbləri tətil etdiyini xatırladaraq, rəsmi Ankaranın epidemiyaya qarşı bir çox Avropa ölkəsindən daha sürətlə hərəkətə keçdiyini vurğulayıb.
Türkiyənin daha sonra, qabaqlayıcı material istehsalına sürət qazandırdığını və maskaları xalqa ödənişsiz vermək qərarını aldığını yazan Toperik "Ölkənin milyonlarla qaçqın və köçkünü qonaq etməsi, dağıdıcı zəlzələlər yaşaması kimi bir çox böyük miqyaslı fəlakətlə qarşı-qarşıya qaldığı nəzərə alındıqda, Türkiyənin bu cür pandemiyalarla mübarizə aparması mövzusunda daha hazırlıqlı olması sürpriz deyil"deyə qeyd edib.
Türkiyənin İtaliya, İspaniya və İngiltərə ilə yanaşı bir çox Balkan ölkəsinə də tibbi vəsait göndərdiyini xatırladan Toperik 88 ölkənin Türkiyədən kömək istədiyinə və Ankaranın indiyə qədər 33 ölkəyə kömək çatdırdığına diqqəti çəkib.
İsrailin də Türkiyədən tibbi vəsait tədarük etmək istədiyini yazan Toperik "Türkiyə Tripoliyə hücumlar zamanı "Covid-19" xəstələrinin olduğu Hadra xəstəxanasına dəfələrlə hücum edən Xəlifə Hafterin döyüş həvəsilə ilə xaosa üz tutan Liviyaya da kömək edir" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr