Efiopiyada çәyirtkәlәr 200 min hektar əkin sahәni mәhv edib

Bu barədə BMT-nin Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatınından verilәn açıqlamada bildirilib.

1397443
Efiopiyada çәyirtkәlәr 200 min hektar əkin sahәni mәhv edib

 

Efiopiyada çəyirtkəlәr 200 min hektar əkin sahəsini məhv edib.

Bu barədə Birlәşmiş Millәtlәr Tәşkilatının Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatınından verilәn açıqlamada bildirilib.

Mәlumatda qeyd olunub ki, çәyirtkәlәrin 200 min hektar әkin әrazisini mәhv etmәsi sәbәbindәn  1 milyon insan aclıq təhlükəsi ilə üzləşib. Mәlumatda hәmçinin çәyirtkәlәrin 360 ton taxılı mәhv etmәsi sәbәbindәn sakinlәrin qida yardımına ehtiyacı olduğu vurğulanıb.

Efiopiyada vəziyyət həm də koronavirusun səbəb olduğu böhranla bağlı  pisləşib.

BMT-nin  Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının Efiopiya üzrә rәsmisi Fatouma Seid mәsәlә ilә bağlı verdiyi açıqlamada bölgә xalqının hәmçinin yeni növ koronavirus problemi ilә mübarizә apardığını vurğulayıb. O, xalqın mәhsullarını qorumaq üçün ciddi sәylәr göstәrdiklәrini deyib.



Әlaqәli Xәbәrlәr