Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya üzrə yeni növ koronavirusdan 330 mindən çox xəstə sağalıb.

1394451
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya üzrə yeni növ koronavirusdan (Covid-19) həlak olanların sayı 87 mini keçib. 1,5 milyon insan virusa yoluxub, 330 mindən çox xəstə isə sağalıb.
Virusdan ölənlərin sayının azalmasının bir neçə gündür davam etdiyi İtaliyada həyatını itirənlərin sayı son 24 saatda 542 nəfər artaraq 17 min 669-a çıxıb.
"Covid-19-a yoluxanların sayının 139 min 422-yə yüksəldiyi ölkədə mediada yer alan xəbərlərə görə, 13 apreldən sonrakı dövr üçün hökumət fabriklərin və bəzi dükanların tədricən açılmasını qiymətləndirir.

İspaniyada virus səbəbiylə ölənlərin sayı son 24 saatda 683 nəfər artaraq 15 min 238-ə çıxıb.
Fransada yeni növ koronavirus epidemiyasında ölənlərin sayı son 24 saatda 541 artaraq 10 min 869-a çıxıb. Virusun yoluxduğu insan sayının 3 min 881 artımla 112 min 950-ə yüksəldiyi ölkədə "Covid-19" səbəbiylə işsizlərin sayı 6,3 milyona yüksəlib.
İngiltərədə yeni növ koronavirus epidemiyası səbəbiylə ölənlərin sayı son 24 saatda 938 artaraq 7 min 97-ə çıxıb. Bir gündə ən çox ölüm hadisəsinin qeydə alındığı ölkədə virusa tutulanların sayı 5 min 492 artaraq 60 min 733 olub.

Hollandiyada yeni növ koronavirus epidemiyasında ölənlərin sayı 148 artımla 2 min 396 nəfərə yüksəlib, yoluxanların sayı isə son 24 saatda  min 213 artaraq 21 min 762-yə çıxıb. 

Belçikada virusdan 2 min 523 nəfər ölüb, daha  min 580 nəfərin virusa yoluxması ilə bu rəqəm 24 min 983-ə yüksəlib. 
İsveçdə "Covid-19" virusundan ölənlərin sayı 793-ə, virus daşıyanların sayı isə 9 min 141-ə çıxıb.

Ölkədə bir xəstənin "Covid-19" daşıyıcısı 80 yaşdan yuxarı xəstələrin reanimasiyaya qəbul edilməməsi barədə həkimlərə təlimat verdiyi məlum olub. 
Avstraliyada yeni növ koronavirusdan ölənlərin sayı 51-ə, virusa tutulanların sayı 6 min 104-ə yüksəlib.
65 nəfərin öldüyü və virusa yoluxanların sayının 2 min 666 olduğu Serbiyada prezident Aleksander Vuçiçin oğlunda yeni növ koronavirus aşkarlanıb.
14 min 797 nəfərin həyatını itirdiyi, 435 min 160 yoluxma faktının qeydə alındığı ABŞ-da Türk icmasının sıx yaşadığı Pakersonda bələdiyyə sədri Sayeghin "Covid-19" testinin müsbət olduğu öyrənilib.

ABŞ-da təhsil alan 236 Serb vətəndaşı bu gün səhər Air Serbiyaya məxsus təyyarə ilə ölkələrinə aparılıb. Eyni təyyarə ilə bəzi tibb işçiləri də epidemiyaya qarşı mübarizəni dəstəkləmək üçün Serbiyaya gediblər. Serbiyada təhsil naziri Mladen Sarcevicin daha iki müşaviri "Covid-19"-a tutulub. Daha əvvəl də 3 müşavirdə virus aşkarlanmışdı.
Xorvatiyada virusa görə 20 nəfər ölüb. Yoluxanların sayı 1 min 407 nəfərə çıxıb. Aİ Şurasının növbəti sədri Xorvatiyanın Xarici və Avropa İşləri üzrə naziri Gordan Grlic Radma, epidemiya səbəbiylə təxirə salınan Aİ-Qərbi Balkan sammitinin mütləq keçiriləcəyini, çünki Zaqrebdə keçirilməsi planlaşdırılan bu sammitin bölgə üçün çox əhəmiyyətli olduğunu söyləyib. Dünya Bankı epidemiya səbəbindən Xorvatiya iqtisadiyyatının yazda durğun olacağını, ancaq ölkəni "qaranlıq günlərin" gözlədiyini bildirib. 

14 min 808 nəfərin həyatını itirdiyi, yoluxanların sayının 435 min 160 nəfərə çıxdığıABŞ-da "Covid-19" epidemiyasının mərkəzi olan Nyu- Yorkdakı küçə və sığınacaqlarda yaşamağa davam edən evsiz insanlar virusun ən həssas qrupu olaraq ön plandadır. Şəhər rəhbərliyi isə bu mövzuda tədbir görmədiyi üçün tənqid olunur.
Latın Amerikası ölkələri 1757 insanın həyatına son qoyan və 44 min 370 insanda aşkarlanan yeni növ koronavirus səbəbiylə çətin bir prosesdən keçir.
"Covid-19" epidemiyasının ilk yoluxması martın 3-də və ilk ölüm faktının 8 qeydə alınan Argentinada indiyə qədər 65 nəfər həyatını itirib və min 795-ci nəfərdə virus aşkarlanıb.
48 xəstənin həyatını itirdiyi Çili 5 min 546 yoluxma faktı ilə görə bölgədə Braziliyadan sonra ən çox xəstənin olduğu ölkədir. Braziliyada 800 nəfərin ölümünə səbəb olan virus 15 min 927 nəfərdə aşkarlanıb.

Meksikada 174 nəfərin ölümünə səbəb olan "Covid-19" bu günə qədər 3 min 118 nəfərdə aşkarlanıb.
Ekvadorda virusdan indiyə qədər 242 nəfər həyatını itirib və 4 min 450 nəfərdə qeydə alınıb.
Peruda virus 121 nəfərin ölümünə səbəb olub, yoluxanların sayı isə 4 min 342-ə çatıb.
Kolumbiyada virus səbəbiylə 54 adam ölüb, 2 min 54 adamda virus aşkarlanıb.
Paraqvayda 5 nəfərin ölümünə səbəb olan virus 119 nəfərə yoluxub.
"Covid-19" səbəbiylə 15 nəfərin öldüyü və 210 nəfərin yoluxduğu Boliviyada martın 16-da elan edilən təcili karantin və sağlamlıq sahəsindəki təcili vəziyyət rejimi aprelin 15-dək uzadılıb.
Venesuelada "Covid-19" səbəbiylə 9 nəfər ölüb, 167 nəfərə isə virus yoluxub.
İndiyə qədər Uruqvayda 7 nəfərin ölümünə səbəb olan "Covid-19" 456 nəfərdə aşkarlanıb.
Mərkəzi Amerika və Karib ölkələrində koronavirus səbəbiylə ölüm və yoluxanların sayı isə belədir:
"Panama 63/2 min 528, Kosta Rika 2/502, Nikaraqua 1/6, Honduras 22/312, Salvador 5/93, Qvatemala 3/87, Kuba 12/457, Dominikan Respublikası 108/2 min 111 və Haiti 1/27 ".
Kanadada son 3 gündə "Covid-19" səbəbindən daha 169 nəfər ölüb, buna görə ölkə daxilində ölənlərin ümumi sayı 476, yoluxanların sayı  isə 19 min 291-ə yüksəlib. Paytaxt Podqoritsada karantin qaydalarına əməl etməyən daha 3 nəfər həbs edilib, onlara qarşı məhkəmə prosesləri başlanıb.
Çex Respublikasında epidemiya səbəbiylə ölənlərin sayı 104-ə, xəstəliyə tutulanların sayı isə 5 min 335 nəfərə yüksəlib. Ölkədə hökumət rəsmilərinin epidemiyanın nəzarətsiz yayılmasının qarşısının alınması barədəki açıqlamalarından sonra bu gün bəzi müəssisələrin açılmasına icazə verilib.
Digər Avropa ölkələrində qeydə alınan yoluxma və həyatını itirənlərin sayı belədir:
"İsveçrə 23 min 612/926, Portuqaliya 13 min 956/409, Avstriya 13 min 28/295, Rumıniya 5 min 202/229, Polşa 5 min 341/164, Sloveniya 1124/43".



Әlaqәli Xәbәrlәr