Stefan Düjarrik Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı ilә bağlı bәyanatına münasibәt bildirib

Bu barәdә Stefan Düjarrik telekonfrans vasitәsilә tәşkil etdiyi mәtbuat konfransonda bildirib.

1393435
Stefan Düjarrik Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı ilә bağlı bәyanatına münasibәt bildirib

 

Birləşmiş Millətlər Təşkilatının  baş katibinin sözçüsü  Stephane Düjarrik  Amerika Birləşmiş Ştatları prezidenti   Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilә bağlı açıqlamalarına münasibәt bildirib.

"Ümumdünya Səhiyyə Təşkilatı  Tedros Adhanom Qebriyesusun rәhbәrliyi  ilә koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi işlәr görüb’’,-deyә Stefan Düjarrik  vurğulayıb.

Bu barәdә Stefan Düjarrik telekonfrans vasitәsilә tәşkil etdiyi mәtbuat konfransonda bildirib.

Stefan Düjarrik deyib:  ‘’Ümumdünya Səhiyyə Təşkilatı Tedros Adhanom Qebriyesusun rәhbәrliyi  ilә koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi işlәr görür vә ölkәlәrә dәstәk verir. Tәşkilat beynәlxalq  sәhiyyә sisteminin gücünü göstәrib’’.

Qeyd edәk ki, Donald Tramp şәxsi  ‘’ Twitter’’ sәhifәsindә verdiyi açıqlamada bu ifadәlәrә yer vermişdi: ‘’ Ümumdünya Səhiyyə Təşkilatı   şansını əldən qaçırıb. Əsasən ABŞ tərəfindən maliyyələşdirilən bu təşkilat nədənsə daha çox Çin yönümlüdür. Biz bu məsələyə nəzər salacağıq. Yaxşı ki,  mən onların Çinlə sərhədi açıq saxlamaq təklifini vaxtında rədd etdim".



Әlaqәli Xәbәrlәr