Hafter qüvvələrinə  silah-sursat daşıyan hərbi təyyərə vurulub

Liviyadakı Milli Həmrəylik Hökumətinə bağlı hərbi hissələr qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafterə sadiq qüvvələrə  silah-sursat daşıyan hərbi təyyərənin hədəf alındığını bildirib.

1392110

Milli Həmrəylik Hökumətinin sözçüsü podpolkovnik Məhammed Kununun nəzarətində olan və hökumət tərəfindən həyata keçirilən "Qəzəb vulkanı" əməliyyatı mətbuat mərkəzinin "Facebook" səhifəsində yer alan açıqlamada hökumət qüvvələrinin Tripolinin cənubundakı Terhune şəhəri yaxınlığına endikdən dərhal sonra hərbi təyyarənin vurulduğu bildirilib.
"Qəzəb vulkanı" əməliyyatının sözçüsü Mustafa əl-Mecii bundan əvvəl hökumət qüvvələrinin Tripolinin cənubundakı Ayn Zara və Vadi er-Rabi bölgələrindəki Hafter milislərinə qarşı irəliləyişlər  əldə etdiyini söyləyib.

Әlaqәli Xәbәrlәr