Şərqdə korona virusuyla əlaqədar 4 aprelə olan məlumat

Korona virusunun yeni növü “Covid-19” nəticəsində ölənlərin sayı dünya üzrə 59 min 220-a yüksəlib, yoluxma sayı 1 milyon 118 min 244-ü, sağalanların sayı 229 min 157-i keçib.

1391155
Şərqdə korona virusuyla əlaqədar 4 aprelə olan məlumat

 

  Korona virusunun yeni növü “Covid-19” nəticəsində ölənlərin sayı dünya üzrə 59 min 220-a yüksəlib, yoluxma sayı 1 milyon 118 min 244-ü, sağalanların sayı 229 min 157-i keçib.

  Çində yoluxma 81.639, ölü sayı 3.266-a yüksəlib.

  İranda ölənlərin sayı 3.294, yoluxmaların sayı 53 min 183-ü keçib.

  Yaponiyada korona virusundan ölənlərin sayı 88, yoluxma hallarının sayı 3854-ə çatıb.

  “Covid-19”dan Cənubi Koreyada 177, Əlcəzairdə 105, Hindistanda 86, İraqda 54, Malayziyada 53 adam həyatını itirib.

  Bu zamana qədər korona virusundan Mərakeşdə 50 nəfər dünyaşını dəyişib, yoluxma sayı isə 844-ə yüksəlib.

  Qətərdə 3 ölüm, 949 yoluxma, Bəhreyndə isə 4 ölüm, 672 yoluxma halları qeyd olunub.

  Misirdə “Covid-19”dan 66 adam ölüb, 985 nəfər yoluxub.

  İordan çayının Qərb sahillərində iki şəhərə korona virusuna qarşı karantin qoyulub.

  Fələstində 8-i uşaq olmaqla 23 yoluxma aşkarlanıb. Bununla ölkədə yoluxma sayı 194-ə çatıb. Ölkədə Fövqəladə Vəziyyət rejimi daha 30 gün uzadılıb.

  Cənubi Afrikada “Covid-19”a yoluxan insanların sayı 500 mini keçib.

  Sierra Leone hökuməti ölkədə 5 apreldən qüvvədə olacaq 3 günlük komendant saatı elan edib.

  Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin son məlumatına görə, qitənin 49 ölkəsində 284 adam “Covid-19”dan həyatını itirib, 7028 nəfər yoluxub.



Әlaqәli Xәbәrlәr