Liviyada hava hücumu nəticəsində Hafterə sadiq 20 milis ölüb

Liviyanın Sirte şəhərində yerləşən qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterə sadiq 20 milis hava hücumu nəticəsində öldürülüb.

1390427
Liviyada hava hücumu nəticəsində Hafterə sadiq 20 milis ölüb

Liviyanın Sirte şəhərində yerləşən qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterə sadiq 20 milis hava hücumu nəticəsində öldürülüb.
Liviyanın qanuni hökuməti Milli Həmrəylik Hökumətinə bağlı "Qəzəb vulkanı" əməliyyatı mərkəzindən yayılan açıqlamada hava hücumlarının Sirte şəhəri ətrafındakı Hafter milislərinin yerləşdiyi yerlərdə edildiyi bildirilib.
Əməliyyatın mətbuat katibi Mustafa əl-Mecii Milli Həmrəylik Hökuməti  qüvvələri tərəfindən Vestka bölgəsinə edilən hava hücumunun Sirte şəhərinin şərqindəki Abu Karin bölgəsinə hücum etməyə hazırlaşan Hafter milislərini hədəf aldığını söyləyib.
Mecii bundan sonra 20-dən çox hərbçinin qəfil hücumda öldürüldüyünü və 15-dən çox silahlı texnikanın yararsız hala salındığını qeyd edib.
Digər tərəfdən Milli Həmrəylik Hökumətinin başlatdığı "Sülh Fırtınası" əməliyyatı çərçivəsində Hafter milislərinə aid 3 döyüş təyyarəsinin və çox sayda tank, artilleriya, zirehli maşın və ağır silahların məhv edildiyi bildirilib.
Əməliyyatdan sonra Hafter milislərinin demək olar ki, hamısı Tripolinin cənubundakı mövqelərini tərk etməli olub.



Әlaqәli Xәbәrlәr