Koronavirusla bağlı Qərbin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 53 min 245 min, yoluxanların sayı isə 1 milyon 783 min olub.

1390326
Koronavirusla bağlı Qərbin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 53 min 245 min, yoluxanların sayı isə 1 milyon 783 min olub. Virusa yoluxmuş 213 min 164 nəfər sağalıb.

İspaniyada 10 min 348 nəfər virusdan ölüb, ölkədə 112 min 65 yoluxma faktı qeydə alınıb.
İtaliyada koronavirus epidemiyasından ölüm hallarının qarşısı alına bilmir. Virusdan ölənlərin sayı son 24 saatda 760 artaraq, 13 min 915-ə çıxıb.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Avropanın hazırda İtaliyanın yanında olduğunu, ancaq bunun hər zaman olmadığını bildirərək rəsmi Romadan üzr istəyib. 
İtaliyanın "La Repubblica" qəzetinə məktub yazaraq Aİ ölkələri arasında İtaliyanın "Covid-19"-dan ən çox təsirləndiyi ölkə olduğunu vurğulayan Von der Leyen "Bu böhranın əvvəlində ortaq hərəkət etmək zəruriliyi hiss olunmalı idi, ancaq hər kəs qarşı-qarşıya olduğu problemlərlə məşğul idi" deyib.
Fransada koronavirusdan ölənlərin sayı son 24 saatda 471 artaraq 4 min 503-ə çatıb.
Fransa Baş Qərargahından verilən açıqlamaya görə, "Covid-19" Fransanın Barkhane Əməliyyatı çərçivəsində Sahel bölgəsində vəzifə icra edən 4 əsgərdə aşkarlanıb və onlardan 3-ü Fransaya aparılıb. Paytaxt Parisdəki beynəlxalq bazar Rungisdəki bir anbardan yeni növ koronavirusdan həyatını itirənlər üçün morq kimi istifedə ediləcək.
Almaniyada yeni növ koronavirusdan ölənlərin sayı min 107-yə çıxıb. Son 24 saatda virusa yoluxma sayının 5 min 478 artaraq 84 min 774-ə çatdığı ölkədə epidemiyadan ən çox təsirlənən əyalət Bavariya olub. 

Hollandiyada virusdan həlak olanların sayı 1339, virusa tutulanların sayı isə 14 min 697 nəfər olub.

İngiltərədə 2 min 921 nəfər virusdan ölüb, "Covid-19"a yoluxanlar isə 33 min 718 nəfərə çıxıb.

ABŞ-da yeni koronavirus (Covid-19) infeksiyasından ölənlərin sayı 6 min 95 nəfərə çatıb. Ölkədə vrusa yoluxanların sayı isə 245 min 373 olub. Ölüm sayına görə Nyu-York öndədir. Burada koronavirusdan 1562 ölüm qeydə alınıb. Virusun az müşahidə olunduğu bölgələrdən  21 min səhiyyə işçisi könüllü olaraq Nyu-Yorka gedəcək. Nyu-York Bələdiyyəsinin başçısı Bill de Blasio yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində şəhər sakinlərini çölə çıxarkən üzlərini örtməyə çağırıb.
Koronavirusa qarşı mübarizə çərçivəsində prezident Donald Tramp Səhiyyə və İnsan Xidmətləri Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinə 6 şirkətin tənəffüs aparatı istehsalında maneələri aradan qaldırmağı təmin etmələrini tapşırıb.
Trampın ikinci testinin nəticəsi mənfi olub. ABŞ prezidenti daha əvvəl də bildirib ki, onda koronavirus əlamətləri yoxdur.
Can itkisinin 173-ə çıxdığı və yoluxma faktının 10 min 132-ə çatdığı Kanadada səhiyyə xidmətlərində 60 milyon N95 tipli maskalara və tibbi qoruyucu maddələrə ehtiyac olduğu və son günlərdə onlardan yalnız 11 milyonu- maksanın təmin edildi bildirilib. Bu maskaların təcili ehtiyacı olan mərkəzlərə paylanması başlanıb.

Avstraliyada ilk yoluxma faktının qeydə alındığı yanvar ayının axırından bəridir yeni növ koronavirus epidemiyası nəticəsində ölənlərin sayı 27-yə, dvirusa tutulanların isə 5 314-ə çıxıb.
Latın Amerikası ölkələri arasında epidemiyadan ən çox təsirlənən Braziliyada ölənlərin sayı 327-yə çatıb. Virusun yoluxduğu insan sayı 8 min 66 olub.

İndiyədək koronavirusdan 55 nəfərin öldüyü və virusa yoluxanların sayının min 414 olduğu Peruda epidemiyanın qarşısını almaq üçün qadın və kişilərin təməl ehtiyaclarının ödənilməsi üçün fərqli günlərdə çölə çıxmaq qərarı verilib.

Digər tərəfdən, "Covid-19" səbəbiylə Belçikada 1011, İsveçrədə 536, İsveçdə 308, Portuqaliyada 209, Avstriyada 158, Danimarkada 123, Rumıniyada 116, Filippin, İrlandiyada 107 ' 98, Polşada 57, Polşada 53, Yunanıstanda 50, Meksikada 50, Norveçdə 50 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr