Alyansın 70 illik tarixində ilk dəfə video-konfrans vasitəsilə yığıncaq keçirildi

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri alyansın 70 illik tarixində ilk dəfə video-konfrans vasitəsilə yığıncaq keçirdilər.

1390268
Alyansın 70 illik tarixində ilk dəfə video-konfrans vasitəsilə yığıncaq keçirildi

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri alyansın 70 illik tarixində ilk dəfə video-konfrans vasitəsilə yığıncaq keçirdilər.
NATO baş katibi Yens Stoltenberq 30 üzv ölkənin xarici işlər nazirini etibarlı bir xətt üzərində bir araya gətirən video-konfrans üsulu ilə reallaşan iclasın əvvəlində verdiyi qısa bir açıqlamada yeni növ koronavirus (Covid-19) epidemiyasının NATO-nun iş rejimində dəyişikliklərə səbəb olduğunu qeyd etdi.
"Transatlantik ailəmiz əvvəllər belə bir düşmənlə rastlaşmamışdı, amma inanıram ki, birlik və həmrəylik içində bunun öhdəsindən gələ bilərik" deyə baş katib bildirib. 
"Covid-19" gündəliyi ilə bir araya gələn xarici işlər nazirləri beynəlxalq terror, Əfqanıstan, İraqda təhsil missiyası, Gürcüstan və Ukrayna kimi fərqli mövzuları da müzakirə ediblər.
Toplantıda Türkiyə adından xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edib.
Stoltenberq video-konfransdan sonra da mətbuat konfransı təşkil edərək deyib;
"Nazirlər bu gün NATO-nun terrorla mübarizədə atdığı addımlar barədə razılığa gəldilər. Bunlara sabitliyin bərqərar olması və Orta Şərq və Şimali Afrikada əməkdaşlığımızın gücləndirilməsi daxildir".



Әlaqәli Xәbәrlәr