BMT: ''Suriyada on nəfər yeni növ koronavirusa yoluxub''

Birləşmiş Millətlər Təşkilatı Suriyada yeni növ koronavirus epidemiyasına 10 nəfərin yoluxduğunu açıqlayıb.

1387984
BMT: ''Suriyada on nəfər yeni növ koronavirusa yoluxub''

 

Birləşmiş Millətlər Təşkilatı Suriyada yeni növ koronavirus epidemiyasına 10 nəfərin yoluxduğunu açıqlayıb.
BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Mark Lovkok BMT Təhlükəsizlik Şurasını telekonfrans vasitəsilə Suriyadakı son vəziyyətlə bağlı məlumatlandırıb.

Mark Lovkok deyib: ''Suriyada 10 nəfər yeni növ koronavirusa yoluxub. Bunlardan biri epidemiya səbəbindən həlak olub.

Xəstəxanalarının epidemiya ilə mübarizə aparmaq üçün əlverişsiz olduğunu bildirən Lovkok  Suriyaya tətbiq olunan sanksiyaların  qaldırılması ilə bağlı çağırış edib.
Mark Lovkok açıqlamasında Suriyada yaşanan humanitar böhrana diqqət çəkərək İdlibdəki 10 uşaqdan 3-nün kifayət qədər qidalanmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr