Şərqdə korona virusuyla əlaqədar 28 marta olan məlumat

Korona virusunun yeni növü “Covid-19”dan həyat itkisi dünya üzrə 26 mini keçib, 575 mindən çox adam yoluxub, 131 mindən çoxu isə sağalıb.

1386624
Şərqdə korona virusuyla əlaqədar 28 marta olan məlumat

 

  Korona virusunun yeni növü “Covid-19”dan həyat itkisi dünya üzrə 26 mini keçib, 575 mindən çox adam yoluxub, 131 mindən çoxu isə sağalıb.

  Epidemiya ilə əlaqədar sosial təcrid və karantin tətbiq olunduğu Azərbaycanda şəhərlərarası nəqliyyat da məhdudlaşdırılıb.

  “Covid-19”dan 5 nəfərin həyatını itirən Rusiyanın ən böyük hava yolu şirkəti “Aeroflot”un törəmə şirkəti “Pobeda” da mayın 31-dək bütün uçuşlarını dayandırıb.

  Özbəkistanda xalqın küçələrdə gəzməsinə məhdudiyyətlər qoyulub: bazar və apteklərdən başqa, çölə çıxmaq və şəhərlərarası magistral yolu ilə getmək qadağandır. Bəzi şəhərlərə giriş və çıxışlar ümumiyyətlə yasaqlanıb.

  Əlcəzair hökuməti qəza tədbirləri çərçivəsində daha 9 əyalət üçün komendant saatı – küçəyə çıxma yasağı elan edib.

  Martın 28-dən Cənubi Afrikada 3 həftəlik komendant saatı başlayıb.

  İordaniyada korona virusundan ilk ölüm hadisəsi qeydə alınıb. Ölkədə “Covid-19” yoluxma hadisəsi 235-e yüksəlib.

  Bruneydə virusdan bir nəfər ölüb, 115 yoluxma var, 11 xəstə sağalıb.

  Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iki nəfər “Covid-19”dan həyatını itirib, yoluxma halları isə 405 olub.

  Livanda ölənlərin sayı 8, yoluxmaların sayı 391-ə çatıb.



Әlaqәli Xәbәrlәr