Koronavirusla bağlı Qərbin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən həlak olanların sayı 22 mini, yoluxanların sayı isə 500 mini keçib.

1385870
Koronavirusla bağlı Qərbin vəziyyəti

 

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən həlak olanların sayı  22 mini, yoluxanların sayı isə 500 mini keçib.

İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı son 24 saatda 712 nəfər  artaraq 8 min 215-ə çatıb.
Ölkədə indiyədək koronavirusa yoluxanların sayı  72 mini keçib.
Ən çox ölüm hallarının qeydə alındığı  Lombardiya bölgəsinin rəsmisi Attilio Fontana deyib: "Avropa  başdan bəri bu epidemiyaya ciddi yanaşmadı''.

İspaniyada isə Covid-19 nəticəsində həlak olanların sayı 4 min 82 nəfərə çatıb. Ölkədə virusa yoluxanların  ümumi sayı da 56 mini keçib.  
İspaniyada yeni növ koronavirus epidemiyasıyla mübarizə çərçivəsində 14 martda elan edilən fövqəladə vəziyyət rejiminin  müddəti aprelin 11-dək uzadılıb.

Fransada sutka ərzində  yeni növ koronavirusdan ölənlərin sayı 365 nəfər artaraq 1696 nəfərə yüksəlib. Yerli polis ölkədə kifayət qədər tibbi maskanın olmamasına reaksiya göstərib.

Hollandiyada yeni növ  koronavirus epidemiyasından ölənlərin sayı  434-ə, yoluxanların ümumi sayı isə 7 minə keçib. Səlahiyyətlilər ölkədə epidemiyaya yoluxanların sayının daha çox olduğunu istisma etməyib.

İngiltərədə yeni növ koronavirus səbəbindən həlak olanların sayı 113 nəfər artaraq  578-ə yüksəlib. Ölkədə virusa yoluxanların ümumi sayı 11 mini keçib.
Daxili İşlər Nazirliyi polisə epidemiya ilə mübarizə çərçivəsində  yeni səlahiyyətlər verib. Polis yeni səlahiyyətlər çərçivəsində  zəruri hallar istisna olmaqla  evdən çıxanları saxlaya və ya cərimələyə biləcək.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı  1177-ə,  yoluxanların ümumi sayı isə  82 min 180-ə çatıb.

Beləliklə  ABŞ virusa yoluxanların sayına görə birinci pillədə qərarlaşıb. Məlumata görə, təkcə Nyu-Yorkda xəstəxanaya yerləşdirilənlərin sayı bir gündə 40 faiz artaraq 5327 olub. Amerika donanmasında epidemiyaya yoluxanların sayının da artdığı bildirilir. ABŞ prezidenti Donald Tramp epidemiya ilə mübarizə çərçivəsində donanmaya məxsus ''Comfort'' adlı xəstəxana gəmisinin bazar ertəsi günü Nyu York limanına çatacağını deyib.

Meksikada virusa yoluxanların sayı 585 nəfərə çatıb. Venesualada isə koronavirusdan ilk ölüm qeydə alınıb.Ölkədə virusa yoluxanların sayı 100 nəfəri ötüb.



Әlaqәli Xәbәrlәr