Fransada 400 hərbçi virusa yoluxub

Bu haqda ölkənin müdafiə naziri Florans Parli deyib...

1386409
Fransada 400 hərbçi virusa yoluxub

 

  Fransa hərbçiləri arasında 400 nəfər korona (Covid-19) virusuna yoluxub. Bu haqda ölkənin müdafiə naziri Florans Parli deyib.

  Nazir sözügedən mövzu ilə bağlı bildirib: “Hərbçilər elə bir qorumada deyillər ki, virus onlardan yan keçsin. Onların arasından 400 nəfər “Covid-19” virusuna yoluxub. Hərbçilər arasında ağır vəziyyət və ölüm halı qeydə alınmayıb. Yeni korona virusu epidemiyasının yayılmağa başladığı vaxtdan ordu mülki əhaliyə sanitar xidmətin göstərilməsində mühüm rol oynayıb”.

  Qeyd edək ki, Fransa prezidenti tərəfindən irəli sürülən “Davamlı müqavimət” (Resilience) hərbi əməliyyatına əsasən ordu ölkə ərazisində sanitar böhranın idarə edilməsində əsas rol oynayacaq. Bu missiyaya xəstələrin təyyarə və ya gəmilərlə xəstəxanalara daşınması, həmçinin ordunun logistik xidmətini göstərərək qəbul edilmiş “dörd İ” prinsipinə, yəni mülki sahədə üzləşiləcək “əlçatmayan, yararsız, mövcud olmayan və ya çatışmayan” (indisponibles, inadaptes, inexistants ou insuffisants) vəziyyətlərdə bütün hərbi nəqliyyatdan istifadənin təmin edilməsi, eləcə də lazım gəldikdə onlara polis səlahiyyətlərinin verilməsi daxildir.



Әlaqәli Xәbәrlәr