Dünyada koronavirusdan ölənlərin sayı 21 min nəfəri ötdü

Dünyada yeni növ koronavirus (Covid-19) sürətlə yayılmağa davam edərkən, ölənlərin sayı 21 mini ötüb.

1385150
Dünyada koronavirusdan ölənlərin sayı 21 min nəfəri ötdü

Dünyada yeni növ koronavirus (Covid-19) sürətlə yayılmağa davam edərkən, ölənlərin sayı 21 mini ötüb.

Koronavirus infeksiyası nəticəsində ölənlərin sayının 2 min 77-yə, epidemiyaya yoluxanların ümumi sayının 27 min 17-yə çıxdığı İranda şəhərlərarası səyahət qadağan edilib.
Azərbaycanda 6 yeni koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı aşkarlanıb,1 nəfər vəfat edib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.
İsraildə yeni növ koronavirus xəstəliyinə tutulanların sayı 199 nəfər artaraq 2 min 369 nəfərə çatıb. 
İsraildə yeni növ koronavirus xəstəliyinə yoluxanların sayı 126 nəfər artaraq 2 min 495-ə çatıb. Xəstələrin 41-nin vəziyyətinin ağır olduğu bildirilib. Baş nazir Binyamin Netanyahu ölkədə səhiyyə sisteminin çökməsindən narahat olduğunu bildirdi. Ciddi siyasətlərin qəbul edilməsinə çağıran Netanyahu İsrail xalqının özünə qarşı ciddi nizam-intizam tətbiq etməli olduğunu, əks təqdirdə bir fəlakətin baş verəcəyini qeyd edib.
İşğal olunmuş İordan çayının qərb sahilində 60 yaşında bir nəfərin həyatını itirməsilə Fələstində yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. İordan çayının qərb sahilində və Qəzza zolağında Covid-19 diaqnozu qoyulan insanların sayı 86-a çatıb, onlardan 17-si sağalıb.
Rusiya prezidenti Vladimir Putin Covid-19 infeksiyası səbəbindən 22 aprel konstitusiya dəyişikliyinin təxirə salınacağını və gələn həftə vətəndaşların inzibati məzuniyyətə baxılacağını bildirib. Ölkədə gecə klubları, kinoteatrlar və əyləncə mərkəzləri bağlanıb, kafe və restoranlarda qəlyanlar qadağan edilib.

Ukraynada epidemiya səbəbindən ölənlərin sayı 5-ə, yoluxma faktlarının sayı isə 145-ə çatıb.

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov ölkəsi üçün Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə yardımı istəyib. Qırğızıstanda 44 nəfərin koronavirusuna yoluxduğu bildirilib.
Səudiyyə Ərəbistanında koronavirusla mübarizə çərçivəsində Riyad, Məkkə və Mədinə şəhərlərinin giriş-çıxışa bağlanması qərara alınıb.
Tunisdə koronavirusdan həyatını itirənlərin sayı 5-ə, Livanda isə virusun yoluxduğu insan sayı 333-ə çıxıb.
Epidemiya nəticəsində ölənlərin sayının 45-ə yüksəldiyi Filippində  yeni koronavirusa yoluxma hadisələrinin sayı 707-yə yüksəlib. Onların arasında bir senatorun da olduğu bildirilib.

Yeni növ koronavirus səbəbilə Tunisdə ölənlərin sayı 4-ə, Misirdə virusa yoluxanların sayı 456-ya, İraqda 358-yə və Livanda 333 nəfərə çatıb.
 Hindistanın Cammu Kəşmir bölgəsində ilk ölüm faktı qeydə alınıb.  Bölgədə Kovid-19 virusuna yoluxanların sayı 11-ə yüksəlib. Hindistanda ölənlərin sayı 9, virusa yoluxanların sayı 470 olub.

İndiyədək üç yoluxma faktının qeyde alındığı Nepalda ümumilikdə Avropa, Avstraliya və Yeni Zelandiyadan olan 160-a yaxın turistin dağlıq ərazilərdə qapalı qaldığı bildirilir.

Yaponiya Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində hazırda fövqəladə vəziyyət (OHAL) elan etməyi planlaşdırmadığını açıqlayıb.
 Yaponiyada  Diamond Princess gəmisindəkilər daxil olmaqla 2 min 25 yoluxma faktı qeydə alınıb. Virus səbəbindən ölkədə 55 nəfər ölüb.

Konqo Demokratik Respublikasında prezident Feliks Tshisekedinin müşavirlərindən olan Jean Joseph Mukendi wa Mulumbanın koronavirus səbəbiylə öldüyü açıqlanıb.
Afrika ölkəsi Burkina Fasoda işlərinvirusa yoluxma faktı 146-ya çatıb, onlardan 10 sağalıb.

Uqandada aralarında 8 aylıq körpənin də olduğu 14 yoluxma faktı qeydə alınıb. Ölkədə ictimai nəqliyyat 14 gün müddətlə qadağan edilib.
Malidə bu günə qədər ölkə xaricindən qaynaqlanan iki fakt qeydə alındıqda, ölkədə qismi olaraq komendant saatı elan edilib.
 Qurudan sərhədlərin sərnişinlər üçün bağlandığı ölkədə epidemiya təhlükəsinə baxmayaraq bazar günkü seçkilərin lazımi tədbirlər görülərək keçiriləcəyi açıqlanıb.
Kamerunda qeydə alınan yoluxma sayı 75-ə çatıb.



Әlaqәli Xәbәrlәr