Aİ yeni növ koronavirusla mübarizədə əməkdaşlığa çağırdı

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, heç bir Aİ üzvü ölkəinin tək başına yeni növ koronavirus (Covid-19) epidemiyasının öhdəsindən gələ bilməyəcəyini söyləyib.

1385607

Fon der Leyen Avropa Parlamentinin Baş Assambleyasında etdiyi çıxışda  bir çox Aİ ölkəsinin Covid-19-a qarşı ilk addım olaraq sərhədlərini bağladığını xatırladaraq, "Sərhədsiz bir böhran baryeralar qoymaqla həll edilə bilməz" deyib.
Von der Leyen Avropada mal və xidmətlərin sərbəst hərəkətinin vacibliyinə diqqət çəkərək, “Bəzi ölkələrin daxili bazarda məhsulların keçməsinə mane olmaları mənasızdır. Covid-19 ilə mübarizədə ölkələr yaxından əməkdaşlıq etməlidirlər. Heç bir Aİ üzvü olan ölkə bu böhranı təkbaşına həll edə bilməz.  
Aİ ölkələrinin bir-birinə etimad etmələri və inanmalarının vacibliyini dilə gətirən Von der Leyen Avropanın bir dönüş nöqtəsində olduğunu və virusun ölkələri bölməməsinin lazım olduğunu ifadə edib. 

Әlaqәli Xәbәrlәr