Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində 4 nəfər ölüb

Əfqanıstanın Kapisa vilayətinin Ela Say bölgəsində Taliban silahlılarının mülki şəxsləri daşıyan maşını minomyotlarla vurması  nəticəsində 3 mülki şəxs və 1 polis işçisi həlak olub.

1384881

Kapisa Polis Şöbəsi sözçüsü Şaik Şuriş Ela Say bölgəsində Taliban tərəfindən atılan minomyotların yoldan keçən nəqliyyat vasitəsinə dəydiyini bildirib. 
Hücum nəticəsində maşında olan 3 vətəndaşın öldüyünü ifadə edən Şuriş 2 uşağın da yaralandığını söyləyib.
Şuriş ayrıca bölgəyə gedən polislərə silahlıların hücumu nəticəsində  bir polis əməkdaşının öldüyü barədə məlumat da verib.
Talibandan hələlik  heç bir açıqlama verilməyib.

Әlaqәli Xәbәrlәr